ELM VƏ TƏHSİL
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNDƏ TƏLƏBƏ ELMİ KONFRANSI KEÇİRİLİR
Bakı, 4 may (AZƏRTAC). Mayın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və magistrlərin ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş 32-ci tələbə elmi konfransı işə başlamışdır.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova ulu öndər Heydər Əliyevin ölkəmizdə elm və təhsilin inkişafına daim diqqət yetirməsindən, gənclərin elmə marağının artması baxımından elmi yığıncaqların xüsusi əhəmiyyətindən danışmış, konfrans iştirakçılarına uğurlar arzulamışdır.
On yeddi bölmədə keçirilən iclaslarda 400-dən artıq məruzə dinləniləcək və müzakirə olunacaqdır.
Ən yaxşı məruzələr qiymətləndiriləcək, dərc ediləcəkdir.
Konfrans mayın 5-də bölmə iclasları ilə işini davam etdirəcəkdir.
######