İQTİSADİYYAT
® “AccessBank” regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
![](/files/galleryphoto/2024/2/1200x630/17155988593482511064_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17155988595144653423_1200x630.jpg)
Azərbaycanın bank sektorunun aparıcı oyunçularından olan “AccessBank” sahibkarlığın inkişafı və maliyyə xidmətlərinin əlçatanlığını təmin etmək məqsədilə yeni filialının açılışını qeyd edir.
Beləliklə, Qubada “AccessBank”ın Heydər Əliyev prospekti 184 ünvanında yerləşən sayca 20-ci regional filialının açılışı baş tutub. Yeni filial müştərilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin, o cümlədən mikro, aqro və istehlak kreditlərinin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.
Filial şəbəkəsinin genişləndirilməsi “AccessBank”ın maliyyə əlçatanlığının təmin edilməsi və regionlarında müştərilərlə əlaqələrin möhkəmləndirilməsi siyasətini təsdiqləyir. Regional şəbəkənin genişləndirilməsi “AccessBank”ın müştərilərə yüksəkkeyfiyyətli xidmətlər göstərmək, eləcə də regionda iqtisadi inkişafa dəstək olmaq strategiyasının tərkib hissəsidir.
“Qubada regional filialın açılması bizim üçün mühüm addımdır. Çünki biz filiallarımızın sayını 34-ə çatdıra bilmişik ki, bu da müştərilərimizə daha yaxın olmağa və onların ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verir. Biz keyfiyyətli maliyyə həlləri və inkişaf perspektivləri axtaran hər kəs üçün etibarlı tərəfdaş olmağı hədəfləyirik”, - deyə “AccessBank”ın İdarə Heyətinin üzvü, mikro və aqro müştərilərlə iş üzrə icraçı direktor Renat Hümbətov filialın açılışı zamanı bildirib.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.