Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 8,25 faiz səviyyəsində müəyyən edilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, inflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.

İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdır. Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir və xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırır.

Monetar şəraitin sərtləşdirilməsi ilə bağlı qərarlar monetar amillərin inflyasiya üzərində balanslaşdırıcı təsirlərini gücləndirir. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə inflyasiya təzyiqlərinin artması davam edib. Rəsmi statistikaya görə noyabrda aylıq inflyasiya 1,5 faiz, 12 aylıq inflyasiya isə 11,1 faiz təşkil edib. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6,2 faiz, orta illik baza inflyasiya isə 3,9 faiz olub. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir. Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1,9 faiz yüksəlib, illik ərzaq inflyasiyası 14,9 faiz təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7,4 faiz olub. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0,5 faiz, son 1 ildə 7,1 faiz yüksəlib. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4,8 faiz olub. Xidmətlər noyabrda 1,6 faiz, son 1 ildə 9,1 faiz bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5,4 faiz təşkil edib. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir. İllik inflyasiyanın artması əsasən dünya birja əmtəələrinin bahalaşması və qlobal təchizat zəncirində problemlər kimi xarici mənşəli təklif və xərc şokları ilə izah edilir. Son aylarda bəzi əmtəə qiymətləri və qlobal daşınma xərcləri pik səviyyə ilə müqayisədə azalsa da, pandemiya öncəsi səviyyədən əhəmiyyətli yüksəkdir. Dünya Bankının məlumatına görə noyabrda dünya birjalarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2,1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 24,7 faiz artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri cari ilin noyabr ayında 1,2 faiz, son ildə isə 27,3 faiz yüksəlib. Son 1 ildə un məmulatları 23,2 faiz, süd məhsulları 19,1 faiz, yağlar 51,4 faiz, şəkər 36,4 faiz bahalaşıb. Bir sıra ərzaq ixracatçılarında hava şəraitinin pisləşməsi də dünya ərzaq qiymətlərinə təsir edir. Qlobal təchizat zəncirində problemlərin (konteyner daşımaları, mikrosxemlərin istehsalında yubanmalar və sair) qalması xammalın və hazır məhsulun çatdırılma xərclərini artırır. Qeyd olunan amillər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanı yüksəltməklə idxal qiymətlərinə təsir edir. İdxal qiymətləri yanvar-oktyabrda ötən ilin eyni dövrünə nəzərən 21,4 faiz yüksəlib.

Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meylli olub. Dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 29 faizi inflyasiya tempinin daha da yüksələcəyini gözləyir. Yenilənmiş proqnozlara görə cari ildə orta illik inflyasiya 6,3-6,6 faiz, illik inflyasiya isə 11,4-11,9 faiz səviyyəsində gözlənilir. Baza proqnozuna görə, inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

Xarici sektor

Xarici fon ümumilikdə tədiyə balansı və məcmu tələbin stimullaşdırılması baxımından əlverişli qalsa da, onun perspektivləri ilə bağlı risklər aktuallığını saxlayır. Qlobal iqtisadiyyatda, o cümlədən ticarət tərəfdaşlarında iqtisadi bərpa prosesi davam edir. Lakin virusun yeni ştamlarının meydana gəlməsi nəticəsində pandemiyanın yeni dalğalarının mümkünlüyü ehtimalı qlobal iqtisadi bərpanın sürəti ilə bağlı qeyri-müəyyənliklər yaradır. Son iclasdan bəri koronavirusun yeni ştamının meydana gəlməsi ilə davamlı artan neft qiymətində müəyyən korreksiya baş verib. “Brent” markalı neftin orta qiyməti noyabrda 81 ABŞ dolları olduğu halda dekabrın ötən dövründə 73 ABŞ dollarına enib. Ümumilikdə, 2021-ci ilin ötən dövründə neftin orta qiyməti 71 ABŞ dolları təşkil edib. Qısamüddətli dəyişkənliyə baxmayaraq beynəlxalq təşkilatlar 2022-ci ildə dünyada neftə tələbin artmaqda davam edəcəyini proqnozlaşdırırlar. “OPEC+” formatında qəbul edilmiş son qərarlar 2022-ci ildə də neft qiymətinə artırıcı təsir edəcək.

Tədiyə balansının profisitli olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Cari ilin 11 ayında strateji valyuta ehtiyatları 4,4 faiz (2,2 milyard ABŞ dolları) artaraq 53 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,2 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib. Cari meyllərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.

Ötən iclasdan bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunub, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirib.

İqtisadi fəallıq

İqtisadi artımın bərpası prosesi davam etməkdədir. 2021-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 5,3 faiz, o cümlədən qeyri neft-qaz sektoru üzrə 6,4 faiz artıb. Qeyri neft-qaz sənayesində 20,9 faiz, kənd təsərrüfatında 3,8 faizlik iqtisadi artım baş verib. İqtisadiyyatda məşğulluq səviyyəsi artmaqda davam edir. Qeyri-neft sektorunda iqtisadi artıma pozitiv impulslar başlıca olaraq istehlakın artımından gəlir. 11 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3 faiz, o cümlədən ərzaq məhsulları üzrə 2,7 faiz artıb.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə noyabrda son 12 ay üzrə ortalama biznes inam indeksi bütün sektorlar üzrə artım meylli olub. Eyni dövrdə qeyri-neft sənayesi və tikintidə icraya qəbul edilmiş sifarişlər, ticarətdə isə satışlar üzrə gözləntilər artıb. Məcmu buraxılış kəsiri üzrə qiymətləndirmələr iqtisadiyyatın 2022-ci ildə öz potensialına yaxın səviyyədə artacağını göstərir.

Monetar şərait

Ötən iclaslarda qəbul edilən pul siyasəti qərarları müəyyən zaman intervalı ilə monetar amillərin inflyasiya üzərində məhdudlaşdırıcı təsirlərini gücləndirməkdədir. Qiymətləndirmələrə görə, inflyasiyanın formalaşmasında monetar amillərin payı 10 faizdən də aşağıdır və azalma meyllidir. Başlıca balanslaşdırıcı rola malik olan məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı və gözləntiləri əhəmiyyətli dərəcədə neytrallaşdırmaqdadır. Monetar şəraitin inflyasiyaya balanslaşdırıcı təsirlərinin gücləndirilməsi pulun həm kəmiyyəti, həm də dəyəri vasitəsilə reallaşmaqdadır. İlin əvvəlindən pul bazası cəmi 5,1 faiz artıb.

Dekabrın ötən dövründə banklararası REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi artım qeydə alınıb. Kreditlər üzrə faizlər əhəmiyyətli dəyişməyib, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləyib. Bank sistemi üzrə kredit portfeli noyabrda 1,8 faiz, ümumilikdə 11 ayda 15 faiz artıb. Bu artım əsasən artan depozitlər hesabına maliyyələşdirilir. Noyabrda manatla depozitlər əvvəlki aya nəzərən 3,5 faiz, ilin əvvəlinə nəzərən 29 faiz (2,8 milyard manat) artıb.

İlin ötən dövründə dövlət büdcəsi profisitli olmaqla pul bazasının artımına məhdudlaşdırıcı təsir edib ki, bu da anti-inflyasiya effekti verib. İlin qalan dövründə büdcə xərcləmələrində aktivləşmə gözlənilsə də onun monetar şəraitə təsirlərinin növbəti ilə keçəcəyi proqnozlaşdırılır.

Risklər balansı

İnflyasiyanın risk balansında artırıcı amillər üstün mövqeyini saxlayır. Mövcud inflyasiyanın xarakteri nəzərə alınmaqla başlıca risk xarici və daxili xərc amillərinin təsirinin proqnozlaşdırılan səviyyədən daha yüksək qalıcılığa malik olması və inflyasiya gözləntilərinin hədəf ətrafında lövbərləşməsini gecikdirməsi potensialıdır. Dünya əmtəə bazarlarında, xüsusən ərzaq bazarında qiymət artımlarının, tərəfdaş ölkələrdə inflyasiyanın, beynəlxalq təchizat-logistika zəncirində problemlərin, eləcə də ölkə daxili qiymət və tariflərin liberallaşmasının qiymətlərə artırıcı təsirlərinin qalıcılığı ilə əlaqədar qeyri-müəyyənliklər artmaqdadır. Tərəfdaş ölkələrdə inflyasiya bu ölkələrin mərkəzi banklarının siyasət reaksiyasından da asılı olacaq. Daxili tələbin iqtisadiyyatın artım potensialı ilə müqayisədə daha yüksək templə artması da inflyasiyaya artırıcı təsir göstərə biləcək amildir. Profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi platforma risk balansında artırıcı amilləri ortamüddətli perspektivdə neytrallaşdırma potensialına malikdir. 2022-ci ilə qəbul edilmiş dövlət büdcəsində neft transfertlərinin əvvəlki illə müqayisədə artması milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcək. Digər tərəfdən anti-inflyasiya xarakterli pul siyasəti daxili tələbin monetar amillərin tarazlı səviyyədə qorunmasına xidmət edəcək. Müvəqqəti xarici və daxili xərc amillərinin qiymətlərə təsiri neytrallaşdıqca balanslaşdırıcı rol oynayan monetar amillərin inflyasiyaya azaldıcı təsirləri güclənəcək.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcək.

Bu qərar dekabrın 17-dən qüvvəyə minir. Pul siyasəti qərarlarının 2022-ci il üzrə ictimaiyyətə açıqlanması qrafiki “Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatı” ilə ictimaiyyətə açıqlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub