Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar,

İlk öncə, mən Brüsselə yenidən səfər etmək məqsədi ilə göndərdiyi dəvətinə görə cənab Sədrə minnətdarlığımı bildirmək istəyirəm. Xatirimdədir ki, sonuncu səfərim zamanı biz strateji enerji tərəfdaşlığı haqqında Memorandum imzaladıq. Həmin vaxtdan etibarən, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf etmişdir. Biz münasibətlərimizə çox mühüm əhəmiyyət veririk. Bugünkü söhbət bir daha göstərdi ki, həmin münasibətlər hər iki tərəf üçün necə inkişaf etməlidir. Mən ölkəmizin iqtisadi inkişafı ilə bağlı söylədiyi sözlərə görə cənab Sədrə dərin minnətdarlığımı bildirirəm. Faktiki olaraq, son beş il ərzində, ölkəmizdə görünməmiş iqtisadi artım müşahidə olunmuşdur. Ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri isə, 10 dəfə artmışdır. Bu il, iqtisadi böhrana və neftin qiymətlərinin gözəçarpan dərəcədə bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, biz artımı davam etdirəcəyik. Cari ilin birinci rübündə iqtisadiyyatımız 4 faizdən çox artmışdır. Ən vacibi isə ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatı 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, bizim iqtisadi inkişafın şaxələndirilməsi, sərmayələr və iqtisadi islahatlar siyasətimiz onunla nəticələnmişdir ki, biz artıq neft və qazdan asılı deyilik. Neft və qaz iqtisadiyyatımızda əvvəl olduğu kimi həlledici rol oynamır. Biz iqtisadi islahatları davam etdiririk. Ötən il, Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etmişdir.

Azərbaycanda, həmçinin siyasi islahatlar aparılır. İqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirilir. Bizim üçün Avropa İttifaqı ilə münasibətlər vacibdir, çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa İttifaqının meyarlarına uyğun olsun. Həmin əlaqələrimiz çox möhkəmdir. Onların yaxşı gələcəyi var və ikitərəfli maraqlara əsaslanır.

Enerji cənab Sədr ilə ciddi şəkildə müzakirə etdiyimiz məsələlərdən biri idi. Mən Avropada müzakirə olunan layihələrə bir daha öz dəstəyimi bildirdim. Azərbaycan Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz bizim təşəbbüslərimiz və işlərimiz əsasında bu gün biz Nabukko, Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik qaz kəmərləri və digər layihələr haqqında danışa bilərik, çünki biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik. Bu gün, nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır. Əminəm ki, bu səfər və gələcəkdə atılacaq addımlar həmin münasibətləri möhkəmləndirəcəkdir.

Mən dəvətə, o cümlədən məhsuldar və səmimi söhbətə görə cənab Sədrə bir daha minnətdarlığımı bildirmək istəyirəm və bu söhbət gələcəyimiz üçün çox vacibdir.

Sağ olun!

X X X

Sonra jurnalistlərin suallarına cavab verildi.

SUAL (Şahin Cəfərov, AZƏRTAC): Sualım Prezident Əliyev və cənab Barrozuyadır. Həm Azərbaycan, həm də Ermənistan “Şərq tərəfdaşlığı”nın üzvləridir. Halbuki Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Vəziyyətlə bağlı rəyinizi bilmək istərdik.

İLHAM ƏLİYEV: Belə suala mən Azərbaycanda tez-tez cavab verirəm, ona görə də, özüm birinci başlayım. Biz bu məsələni cənab Sədrlə müzakirə etdik. Əlbəttə ki, uzun illər ərzində Ermənistan tərəfindən torpaqlarımızın davamlı işğalı nəinki Azərbaycan, o cümlədən regional təhlükəsizlik və sabitlik üçün ən böyük təhdiddir. Bu, regionumuzda təxminən iki onillikdir ki, müşahidə etdiyimiz ən böyük ədalətsizlikdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri qonşu ölkənin işğalı altındadır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı ölkə daxilində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağın inzibati sərhədlərinin ətrafında yerləşən yeddi rayon hazırda Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Biz münaqişəni beynəlxalq hüquq normaları, o cümlədən ATƏT-in qərarları və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazimizdən qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələri əsasında həll etməyə çalışırıq. Bəzən Ermənistanın mövqeyi Dağlıq Qarabağda yaşayanların öz müqqəddəratını təyin etmək hüququna əsaslanır. Bu hüquq o demək deyil ki, öz müqqəddəratını təyin etmək Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmalıdır. Ermənilər bir millət kimi öz müqqəddəratını artıq təyin ediblər. Onlar suveren Ermənistan dövlətinə malikdirlər. Əgər bu məntiqlə yanaşsaq, dünyada əhalisi erməni olan 20 dövlət yarana bilər. İkincisi, ermənilərin və azərbaycanlıların Dağlıq Qarabağda öz müqqəddəratını təyin etməsi suveren Azərbaycan dövlətinin hüdudları çərçivəsində baş verə bilər və verməlidir. Beynəlxalq hüququn normaları bunu tələb edir. Azərbaycan bu mövqedə qətiyyətlə dayanır və əminəm ki, münaqişə yalnız bu əsaslarla həll oluna bilər.

JOZE MANUEL BARROZU: Bəli, əlbəttə ki, sizin qeyd etdiyiniz kimi, həm Azərbaycan, həm də Ermənistan “Şərq tərəfdaşlığı” çərçivəsində tərəfdaşlarımızdır. İcazə verin bir daha vurğulayım ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinə yönəlmiş bütün səyləri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu sahədə müəyyən irəliləyiş olacaq. Biz bu yaxınlarda həmin müzakirələrin keçirilməsinə çağırırıq. Bilirəm ki, Prezident Əliyev Praqada Ermənistan prezidenti ilə görüşəcək. Biz bu problemin həllinə yönəlmiş səyləri dəstəkləyirik, çünki bu, elə problemdir ki, konstruktiv və yaxşı münasibətlər qurmaq istədiyimiz hər iki ölkəyə təsir göstərir. Biz regionda gərginliyin azaldılması üçün atılan hər bir addımı dəstəkləyəcəyik. İnanırıq ki, regionda daha yaxşı mühit yaratmaq üçün, müəyyən irəliləyişə nail olmaqdan ötrü bir sıra konkret aspektlər vacibdir.

SUAL (“Sabah Daily” qəzeti): Sualım Sədr Barrozuya və Prezident Əliyevədir. Ermənistan ilə Türkiyə arasında son yaxınlaşmanı müzakirə etdinizmi? Məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik.

JOZE MANUEL BARROZU: Bu dəfə, mən başlayım. Bəli, məsələni müzakirə etdik. Bizim çox yaxşı və səmimi söhbətimiz oldu. Dostlar arasında hər bir şey müzakirə olunur. Biz bu məsələni çox açıq şəkildə müzakirə etdik. Əvvəlcə icazə verin bildirim ki, mən məsələnin Azərbaycan üçün həssaslığını tam anlayıram. Biz bunu anlayırıq. Prezident Əliyev məsələnin Azərbaycan xalqı üçün nə olduğunu çox aydın şəkildə bildirdi. Eyni zamanda, siz anlayırsınız ki, Avropa İttifaqı kimi biz regionda istənilən vaxt gərginliyin azaldılmasından çox məmnunuq. Türkiyə ilə Ermənistan arasında gərginliyin azaldılması faktına gəldikdə isə hesab edirəm ki, biz bunu alqışlayırıq. Buna görə də biz məsələni alqışlayırıq, çünki Türkiyə ilə Ermənistan arasında ənənəvi olaraq çox mühüm problemlər var. Hesab edirik ki, bu, bütöv region üçün faydalı ola bilər. Beləliklə, biz bu müsbət hadisəni alqışlayırıq. Lakin bu, o demək deyil ki, biz Dağlıq Qarabağ məsələsinin həllini istəmirik və mən çox aydın şəkildə qeyd edirəm ki, biz ümid edirik və çox istəyirik ki, Azərbaycan və Ermənistan problemin həllinə nail olsunlar. Biz bunu əvvəlcə də rəsmən qeyd etmişik. Bu gün mən Prezident Əliyevə bunu bildirdim və məsələnin Azərbaycan xalqı üçün nə qədər həssas olduğunu onun tərəfindən çox açıq və aydın şəkildə izah edildiyinə görə, ona minnətdarlığımı bildirmək istəyirəm.

İLHAM ƏLİYEV: Biz Sədr Barrozu ilə çox geniş şəkildə bir çox məsələləri, o cümlədən regional inkişaf və əməkdaşlıq məsələlərini müzakirə etdik. Əlbəttə ki, biz regional əməkdaşlıqdan danışarkən, sizin də sualınızda qeyd etdiyiniz regiondakı son hadisələrdən yan keçə bilməzdik. Biz bu məsələ ilə bağlı mövqeyimizi dəfələrlə bildirmişik. Bu mövqe ondan ibarətdir ki, biz heç vaxt nə digər bir ölkənin daxili işlərinə qarışırıq, nə də ki, iki suveren ölkə arasındakı münasibətlərə. Bu, Türkiyə və Ermənistan tərəfindən qəbul edilə bilən bir qərardır. Öz aralarında münasibətləri necə davam etdirmək onların öz seçimidir. Bu məsələnin tarixi kökləri ilə bağlı bəzi şərhlərə gəldikdə isə, xatırlatmaq istəyirəm ki, Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində bağlanmışdır və bu gün bu işğal davam edir. Bu gün Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini hələ də işğal altında saxlamaqda davam edir. Bir daha demək istəyirəm ki, biz belə bir mövqedə deyilik ki, bu iki ölkə arasında münasibətlərin irəliyə getməsinə imkan verək və ya onun qarşısını alaq. Yalnız bir şeyi qeyd etmək istəyirəm ki, bizim də öz siyasətimizi regionda mövcud olan yeni reallığa uyğunlaşdırmaq, regionda yarana biləcək yeni vəziyyətə uyğun addımlar atmaq hüququmuz var. Bu gün biz bu məsələ ilə bağlı müxtəlif mənbələrdən bir çox ziddiyyətli şərhləri eşidirik. Bəziləri deyir ki, ilkin şərtlərlə “yol xəritəsi” tərtib edilmişdir. Digər mənbələrdən eşidirik ki, ilkin şərtlər haqqında “yol xəritəsi”ndə heç nə deyilməyib. Bu, bir növ söz oyunudur. Hesab edirəm ki, dünya, region və Azərbaycan xalqı nəyin baş verdiyini bilməlidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə Ermənistan arasında yaxınlaşma kontekstindən çıxarılıb, ya yox? Bu, çox sadə cavab tələb edən sadə bir sualdır.

SUAL (Xədicə İsmaylova, “Azadlıq” radiostansiyası): Azərbaycanda demokratik sahədə inkişafla bağlı göstəricilərə gəldikdə nə deyə bilərsiniz? Bu baxımdan, əməkdaşlıq sazişi əsasında yeni mərhələ haqqında danışmaq olarmı?

JOZE MANUEL BARROZU: Bu yaxınlarda biz öz hesabatımızı dərc etdik. Mənim Prezident Əliyevlə çox mehriban və açıq söhbətim oldu. Biz Azərbaycanda qanunun aliliyi ilə bağlı göstərilən səyləri çox yüksək dəyərləndiririk. Bir neçə dəfə burada qeyd edilmişdir ki, ölkədəki meyarlar Avropa İttifaqının meyarlarına uyğunlaşdırılmalıdır. Biz bu sahədə irəliləyişi görmək arzusundayıq. Cənab Əliyevin dediyi kimi, iqtisadi islahatlar, həmçinin siyasi islahatlarla müşayiət olunmalıdır. Hesab edirəm ki, demokratiya ən münasib siyasi sistemdir və Azərbaycan öz demokratik sistemi və təsisatları, qanunun aliliyi baxımından bir çox işlər görmüşdür.

İLHAM ƏLİYEV: Əlavə etmək istəyirəm ki, çiçəklənən davamlı cəmiyyəti qanunun aliliyi və cəmiyyətin güclü şəkildə demokratikləşməsi olmadan qurmaq mümkün deyil. İqtisadi və siyasi islahatlarımız paralel şəkildə aparılır. Onlar bir-birini tamamlayır. Mən qətiyyətlə inanıram ki, ciddi iqtisadi və sosial problemlər, o cümlədən yoxsulluq olan ölkədə əsl demokratik dövlət qurmaq çox çətin olacaq. Ona görə də səylərimiz uğurla azaltdığımız yoxsulluğun aradan qaldırılmasına yönəlib. Son beş il ərzində yoxsulluq səviyyəsi xeyli azalmışdır. Ölkəmizin demokratikləşməsi də uğurla getmişdir. Avropa İttifaqı və Avropa Şurası ilə münasibətlərimiz gündəlikdə bu məqsədi güdür. Əgər bu, Azərbaycanın məqsədi olmasaydı, biz bunu etməzdik. Xüsusən nəzərə alsaq ki, Azərbaycan güclü iqtisadi potensiala malik olan və özünü təmin edən ölkədir. Azərbaycan müstəqil ölkə kimi yaşamaq və uğurla inkişaf etmək qabiliyyətini artıq nümayiş etdirmişdir. Biz öz siyasi sistemini, sosial problemlərin həllini və iqtisadi azadlıqları Avropa İttifaqının meyarlarına uyğunlaşdıran müasir ölkəni, müasir Azərbaycanı qurmaq istəyirik və hesab edirəm ki, Avropa İttifaqı, xüsusən də Qonşuluq Proqramı və “Şərq tərəfdaşlığı” bu müsbət meyli gücləndirəcəkdir. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ