Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz ağcabədililər,

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Ağcabədi rayonunun həyatında çox əlamətdar bir gündür. Uzun fasilədən sonra Ağcabədiyə təbii qazın verilməsi təmin olundu və bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm.

Bu, doğrudan da çox önəmli hadisədir. Bu hadisə Azərbaycanın ümumi gücünü göstərir. Qısa müddət ərzində 50 kilometrdən çox qaz xətti çəkilibdir və Ağcabədiyə qazın verilməsi bərpa olunubdur. Bütün bunlar Azərbaycanda son illər aparılan əsaslı iqtisadi islahatlar nəticəsində baş verir. Hamımız yaxşı xatırlayırıq ki, Azərbaycan müstəqilliyini bərpa edəndə hansı vəziyyətdə idi. Bizim ölkəmizdə gedən xoşagəlməz proseslər, həm siyasi, həm də iqtisadi sahədə yaşanan böhranlar ölkəmizin gələcək müstəqil həyatını şübhə altında qoymuşdu. Azərbaycanın gələcəyi aydın deyildi ki, biz hansı ölkəyə çevriləcəyik, müstəqilliyimizi necə qoruyacağıq, ərazi bütövlüyümüzü necə bərpa edəcəyik, Azərbaycanın maraqlarını necə təmin edəcəyik. Bütün bunlar Azərbaycan xalqını o illərdə çox dərindən düşündürürdü və biz hamımız narahat idik. Hamımız istəyirdik ki, Azərbaycan o çətin günlərdən çıxsın, böhrandan çıxsın və inkişaf dövrünə başlasın.

Belə də oldu. Xalqın istəyi və dəvəti ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi rəhbərliyə qayıdışından sonra Azərbaycan inkişaf dövrünü yaşamağa başlamışdır. Bütün xoşagəlməz hadisələr, hallar geridə qaldı, Azərbaycanda böhranın nəticələri aradan qaldırıldı, tənəzzülün nəticələri aradan qaldırıldı və ölkə yavaş-yavaş inkişaf etməyə başladı. Ölkədə sabitlik təmin olundu, istimai-siyasi asayiş bərpa edildi. İqtisadi islahatlar başlandı, siyasi sistemin təkmilləşdirilməsi işində böyük addımlar atılmağa başlandı. Azərbaycan dünya birliyinə inteqrasiya siyasətini uğurla başladı və bu gün bu siyasət davam etdirilir.

Bir sözlə, müstəqil dövlət quruculuğu prosesi uğurla başlanmışdı və bu gün davam etdirilir. Son illər ərzində görülən bütün işlər məhz o illərdən başlayır. Azərbaycanın dirçəlişi, müstəqil dövlət kimi formalaşması və dövlətçiliyin möhkəmlənməsi o illərdən başlayır. Bu gün isə o siyasət, ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanda uğurla davam etdirilir. İqtisadi islahatlar davam etdirilir, bölgələrdə inkişaf gedir, Azərbaycan dünya müstəvisində özünə layiq yerini tuta bilibdir. Ölkəmizin beynəlxalq şöhrəti artır və Azərbaycan indi o ölkədir ki, onunla hesablaşırlar, Azərbaycanın maraqları nəzərə alınır. Bölgədə bizim ölkəmizin iştirakı olmadan heç bir layihə, heç bir ciddi hadisə baş vermir və gələcəkdə bizim mövqelərimiz yalnız və yalnız möhkəmlənəcəkdir. Bütün bunlar onu göstərir ki, biz müstəqil dövlət kimi artıq formalaşdıq, müstəqilliyimiz möhkəmdir. Bu müstəqillik, o cümlədən ondan ibarətdir ki, biz müstəqil siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına cavab verir. Ən əsası Azərbaycan xalqının maraqları, Azərbaycan vətəndaşlarının rahat, normal yaşamasıdır.

Bu gün Ağcabədiyə təbii qazın verilməsi də çox rəmzi xarakter daşıyır. Azərbaycanın, demək olar ki, artıq bütün bölgələri qazla təmin olunur, bir neçə rayon qalıbdır. Oraya da qazın verilməsi, ümid edirəm ki, bu il ərzində təmin olunacaqdır. Beyləqan, Ağdam və Füzuli rayonlarına təbii qazın verilməsi layihələri işlənilir. O rayonlara qazın verilməsi ilə Azərbaycanın bütün rayonları qazla təmin olunacaqdır.

Bu, bir tərəfdən bizim iqtisadi gücümüzü göstərir, digər tərəfdən, Azərbaycanın son illər ərzində apardığı uğurlu neft strategiyasının təzahürüdür. Ulu öndər tərəfindən başlanmış Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizi iqtisadi cəhətdən güclü ölkəyə çevirir. Biz iqtisadi artım baxımından üçüncü ildir ki, dünyada liderlik mövqeyimizi saxlamışıq və şübhə yoxdur ki, bu il də bu liderlik mövqeyi saxlanacaqdır. İqtisadi artım dinamikasına görə üç ildir ki, Azərbaycan bütün dünya ölkələri arasında birinci yerdədir. Bu yaxınlarda beynəlxalq maliyyə qurumları tərəfindən hazırlanmış iqtisadi potensial reytinqində Azərbaycan dünya miqyasında 61-ci yeri tuta bilmişdir və deyə bilərəm ki, bütün MDB ölkələri bizdən sonrakı sıralardadır.

Bu onu göstərir ki, Azərbaycanın inkişafı hərtərəflidir, iqtisadi inkişaf çox güclüdür və bu bizə imkan verir ki, istənilən məsələni həll edək. Neft strategiyamız Azərbaycana həm böyük ümidlər gətirib, həm də qarşımızda böyük imkanlar açıbdır. Bizim ildən-ilə artan maliyyə imkanlarımız, dövlət büdcə xərcləri məhz oradan qaynaqlanır. Əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, əminəm ki, bu məsələlərin böyük əksəriyyətini həll etmək mümkün olmazdı. O zaman ulu öndər “Əsrin müqaviləsi”ni imzalamaqla çox böyük cəsarət və uzaqgörənlik göstərmişdir və beynəlxalq neft ailəsini Azərbaycana dəvət etdi. Bu gün biz bunun bəhrəsini görürük. Azərbaycan çox böyük neft və eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilir. Deyə bilərəm ki, dünya miqyasında və bizim bölgədə böyük həcmdə həm neft, həm də qaz ixrac edən ölkələr çox deyildir.

Biz, ilk növbədə, öz tələbatımızı ödəməliyik. Bu gün yanan bu məşəl də onun əyani nümunəsidir ki, biz öz tələbatımızı ödəyirik. Baxmayaraq ki, bu xətti çəkmək üçün böyük vəsait lazım idi. Böyük texniki çətinliklər var idi. Uzunluğu 51 kilometrdən çox olan kəmər çəkildi ki, Ağcabədiyə qaz verilsin. Özü də siz yaxşı bilirsiniz ki, bu layihə iqtisadi maraq güdmür. Yəni buradan “Azəriqaz” böyük vəsait əldə etməyəcək, xüsusilə də, ona görə ki, ağsaqqalın dediyi kimi, - mənim son çıxışımda da bu məsələ səsləndi, - hələ ki, Azərbaycanda yoxsul təbəqə var və biz bu insanlara böyük diqqətlə yanaşmalıyıq. Həm dövlət tərəfindən ünvanlı sosial yardım göstərilir, həm də ki, kommunal ödənişlərlə, yığımla məşğul olan qurumlar diqqətli və vicdanlı olmalıdır. Yəni ki, biz bu layihədən heç bir iqtisadi nəticə gözləmirik. Nəzərə alsaq ki, Azərbaycanda əhaliyə satılan qazın qiyməti çox aşağıdır - min kubmetri təxminən 47 manatdır, dünya qiymətindən 5-6 dəfə aşağıdır və MDB məkanında yerləşən ölkələrdəkindən 2-3-4 dəfə aşağıdır. Buna baxmayaraq, biz bütün bu işləri görürük. Nə üçün? Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. İnsanların evlərində qaz olsun, müəssisələrə qaz verilsin, sənaye inkişaf etsin, insanların həyatı yaxşılaşsın. Bizim apardığımız bütün siyasət bundan ibarətdir.

Bunu təmin etmək üçün iqtisadi güc lazımdır. İqtisadi gücü də biz yaradırıq. Azərbaycanın uğurlu inkişafı ona gətirib çıxarıb ki, son dörd il ərzində iqtisadiyyatın həcmi 2 dəfə artıbdır. Bu, heç bir başqa ölkədə olmayıb və əminəm ki, olmayacaqdır. İqtisadi islahatlarımız ona gətirib çıxarıb ki, dörd il ərzində büdcə xərcləri 10 dəfə artıbdır. İndi bizim büdcə xərclərimiz 12 milyard dollar həcmindədir. Bu, nə deməkdir? Maaşların, pensiyanın artırılması, sosial müavinətlərin həcminin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi, qaz xətlərinin, su kəmərlərinin, yolların çəkilməsi, elektrik stansiyalarının tikilməsi deməkdir. Yəni bütün bu istiqamətlərdə Azərbaycanda işlər gedir. Haraya baxsaq görərik ki, bütün istiqamətlərdə vəziyyət müsbətə doğru dəyişir.

Elektrik enerjisi ilə təminat yaxşılaşır. Azərbaycanda tikilən elektrik stansiyaları kifayət qədər enerji gücü yaradıbdır. Gələcək illərdə də yeni stansiyalar tikiləcək, elektrik xətləri çəkiləcək və bundan sonra elektrik enerjisi ilə bağlı heç bir problem olmayacaqdır. Qaz xətləri də artıq çəkilibdir. İlkin mərhələdə Ağcabədidə 500, ondan sonra 1000, ondan sonra 4000 abonentə qaz veriləcəkdir. Gələcəkdə tələbat artarsa, - əminəm ki, artacaq, həm əhali artır, həm də yeni müəssisələr yaradılır, - daha da böyük həcmdə qaz veriləcəkdir.

Bildiyiniz kimi, Azərbaycanda böyük qaz ehtiyatları aşkar edilibdir və biz indi Avropa üçün qaz ixrac edən ölkəyə çevrilirik. Əlbəttə, bununla həm iqtisadi, həm siyasi maraqlarımızı daha da böyük dərəcədə təmin edəcəyik. Ancaq bir daha demək istəyirəm ki, ilk növbədə, Azərbaycanın daxili tələbatı ödənilməlidir. Burada “Azəriqaz”ın sədrinin çıxışı da səsləndi. Ölkəmizin əhalisinin demək olar ki, 80 faizi qazla təmin olunur. Bu, dünya miqyasında çox böyük göstəricidir. O ki qaldı, bizim bölgəyə, bunun analoqu yoxdur.

İqtisadi imkanlar artdıqca, əlbəttə ki, sosial məsələlərə də daha böyük diqqət göstəriləcəkdir. Bu məsələlər bir-biri ilə sıx bağlıdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının əsas məqsədi bölgələri inkişaf etdirməkdir. Bildiyiniz kimi, mən bölgələrdə oluram, vəziyyətlə tanış oluram və görürəm ki, bölgələr abadlaşır, gözəlləşir. Ağcabədinin özündə son bir neçə il ərzində böyük işlər görülübdür. Yollar salınıb, binalar abadlaşıb və bu proses davam etdiriləcəkdir. Ağcabədinin inkişafına bir müddət bundan əvvəl xüsusi vəsait ayrılmışdır və o vəsaitdən abadlıq işləri üçün istifadə edilir. Vəsaitin yenə də ayrılması nəzərdə tutulur. Mən Bakıya qayıdandan sonra müvafiq göstərişlər verəcəyəm ki, rayonun inkişafına əlavə vəsait ayrılsın, burada işlər daha da sürətlə getsin.

Bölgələrin inkişafı həm məşğulluğun artmasıdır, həm yerli istehsalın artmasıdır, həm də insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Artıq rəsmi statistika göstərir ki, son dörd il ərzində 600 mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan da 460 mini daimi iş yerləridir. İnsanlar işlə təmin olunurlar, yeni fabriklər, zavodlar, digər müəssisələr yaradılır və bu proses daha da sürətlə gedəcəkdir. Sahibkarlıq daha da sürətlə inkişaf edəcəkdir. Son 3-4 il ərzində hər il sahibkarlara təxminən 100 milyon dollar səviyyəsində güzəştli kreditlər verilir. Bu kreditlər işləyir, kreditlərin hesabına işlər görülür, zavodlar, fabriklər, kiçik müəssisələr yaradılır, həm insanlar işlə təmin olunurlar, həm də bölgələrdə inkişaf gedir. Dövlət bundan sonra da bütün infrastruktur layihələrinə böyük dərəcədə vəsait ayıracaqdır. Bir tərəfdən elektrik stansiyaları tikmək, yollar, qaz xətləri, su kəmərləri çəkmək üçün, bütün başqa infrastruktur layihələrinə, digər tərəfdən, sahibkarlığa dəstəyin artırılması üçün əlavə vəsait ayrılacaq ki, özəl sektor daha da sürətlə inkişaf etsin. Qeyri-neft sektoru inkişaf etsin, bölgələr inkişaf etsin və biz bunu görürük. Hər bir bölgədə inkişaf var. Hər bir sahədə irəliləyş var. Mən istəyirəm ki, bu, daha da sürətli olsun. İstəyirəm ki, götürülən bu yüksək sürət daha da artsın və Azərbaycan qısa müddət ərzində inkişaf etmiş ölkəyə çevrilsin. Buna bütün imkanlar var. Mən buna tam əminəm. Bu günə qədər qəbul edilmiş bütün qərarlar və proqramlar uğurla icra edilir. Bir dənə də yanlış addım atılmamışdır. Qəbul edilmiş bütün qərarlar düzgün olmuşdur. Azərbaycanın indiki inkişaf səviyyəsi bunun əyani nümunəsi və nümayişidir.

Beləliklə, Azərbaycanın gələcək inkişafında mən heç bir problem görmürəm. Bizim böyük neft-qaz ehtiyatlarımız var, bu ehtiyatları biz hasil edirik, onları ixrac edirik, neft-qaz kəmərlərimiz var. Bundan çox böyük dərəcədə xarici valyuta əldə edirik. Bunu insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına, ordu quruculuğuna yönəldirik. Azərbaycanda növbəti illərdə həm iqtisadi, həm də sosial problemlərin həlli daha da sürətlə gedəcəkdir. Bir neçə il bundan əvvəl qəbul edilmiş proqramlar icra olunur və onlara əlavələr edilir.

Misal üçün, mən bu gün səhər Ağdam rayonunda idim və orada çıxışımda qeyd etdim ki, məcburi köçkünlərin həyat, yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına dair Dövlət proqramına biz keçən ilin sonunda əlavələr etdik. Bunun nəticəsində 500 milyon manat həcmində əlavə vəsait nəzərdə tutulur. Yeni qəsəbələr salınacaq, yeni yollar, məktəblər, xəstəxanalar tikiləcəkdir.

Regional inkişaf proqramının demək olar ki, müddəti başa çatır. İndi yeni proqram, növbəti 5 ili əhatə edən, 2009-2013-cü illər üçün nəzərdə tutulan proqram hazırlanır. Hökumətə göstəriş vermişəm ki, o proqramda artıq bütün, lap xırda məsələlər də əks olunsun, hər bir kəndin problemləri təhlil edilsin və onların həlli üçün əməli-praktiki cədvəl tutulsun, maliyyə mənbələri müəyyən olunsun. Beləliklə, əgər biz hər bir kəndin problemlərini həll etsək, demək olar ki, Azərbaycanda bütün problemlər öz həllini tapacaqdır. Biz bunu edəcəyik. Bir daha demək istəyirəm ki, bu günə qədər verilən bütün vədlər, qəbul olunan bütün proqramlar vaxtlı-vaxtında, bəlkə də müəyyən edilmiş vaxtdan daha da tez bir zamanda icra olunur.

Bizim yeganə böyük dərdimiz, problemimiz var, o da torpaqlarımızın işğal altında qalmasıdır. Mən buraya daha da tez, Ağdam Olimpiya Kompleksinin açılışından sonra gəlməli idim. Amma mən oradan bizim döyüş bölgəmizə getdim. Əsgərlərlə birlikdə oldum, oradan düşmənin mövqelərinə baxdım. Mövqelərimizdə əsgərlərimizlə söhbət etdim. Bizim əsas problemimiz Dağlıq Qarabağın işğal altında qalmasıdır, digər torpaqlarımızın işğal altında qalmasıdır. Biz bu problemi də həll edəcəyik. Mən buna inanıram, çünki bunu həll etmək üçün bizim bütün imkanlarımız var. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ daxil olmaq şərtilə tanıyır, 4 qətnamə qəbul edibdir, halbuki onlar icra olunmur. Ancaq bu hüquqi bir zəmindir. Avropa Şurası buna oxşar qətnamə qəbul edibdir. ATƏT-in faktaraşdırıcı missiyası iki il bundan əvvəl işğal olunmuş torpaqlarda monitorinq aparmışdır və məruzədə əks etdirmişdir ki, bütün binalar, bütün infrastruktur dağıdılıbdır. Yəni hüquqi baxımdan bizim mövqelərimiz çox möhkəmdir.

Tarixi baxımdan hamımız bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və ermənilər oraya vaxtilə qonaq kimi gəlmişlər. Yəni tarixi həqiqət də bizim tərəfimizdədir. İqtisadi güc də bizim tərəfimizdədir, siyasi iradə də bizim tərəfimizdədir, ordu potensialı da bizim tərəfimizdədir. Biz bunları yaradırıq. Beynəlxalq hüquq normaları əsasında güclü mövqe formalaşdırmaq bizim əsas vəzifəmiz olmuşdur. Deyə bilərəm ki, biz buna nail olmuşuq.

Mən bunu bu gün Ağdamda da dedim, bir daha demək istəyirəm ki, Ermənistan tərəfinin artıq Qarabağa müstəqillik verilməsi mövzusundan əl çəkməsinin başlıca səbəbi Azərbaycanın güclənməsidir, həm iqtisadi, həm də ordu potensialının möhkəmlənməsidir. İndi bu məsələ qaldırılmır. Halbuki, lap qaldırsaydılar da, bunun heç bir əhəmiyyəti olmazdı. Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcəkdir. Amma danışıqlar formatında müsbət dəyişikliklər məhz Azərbaycanın artan gücündən, artan hərbi gücündən qaynaqlanır. Bilirsiniz ki, biz buna nə qədər böyük diqqət göstəririk. Orduya ayrılan xərcləri artırırıq və onlar artıq 1 milyard dolları ötüb keçibdir. Müdafiə sənayesini yaratmışıq, hərbçilərin peşəkarlığını artırırıq, onlar üçün lazımi şəraiti yaradırıq. Hərbçilərə əlavə güzəştlər edilir, onların maaşları artırılır. Yəni bir sözlə, mən ümid edirəm ki, biz güclü ordu yaratmaqla müharibəsiz də öz torpaqlarımızı işğalçılardan geri qaytara bilərik.

Ancaq, bununla bərabər, hərbi güc həlledici rol oynayır. Biz tarixi də yaxşı bilirik, uzaq və yaxın tarixi yaxşı bilirik. Bölgədə gedən proseslərə, əlbəttə ki, bizim yanaşmamız var, bilirik. Harada güc var, o ölkənin maraqları daha böyük dərəcədə müdafiə olunur. Bizim gücümüz var, biz bunu artırırıq və daha da artıracağıq. Mən inanıram ki, biz məsələni sülh yolu ilə həll edəcəyik. Əgər buna nail ola bilməsək, onda mən əminəm ki, Azərbaycan xalqı düzgün qərar verəcəkdir. Biz barışa bilmərik ki, torpaqlarımız 10 ildən çoxdur işğal altındadır. Biz heç vaxt bununla barışa bilmərik və bu vəziyyətə son qoymaq üçün güclü olmalıyıq və bunu edirik.

Mən bu gün Ağcabədiyə təbii qazın verilməsində böyük rəmzi məna görürəm. Bu, Azərbaycanın gücünü göstərir, bizim imkanlarımızı göstərir. Bu onu göstərir ki, Azərbaycanda görülən işlər bütün əhaliyə öz müsbət təsirini göstərir. Bütün xalqımızın, Azərbaycan vətəndaşlarının bir məqsədi var və biz bu məqsəd, bu amal ətrafında birləşmişik və bütün dünya azərbaycanlıları birləşməlidir. O da işğal olunmuş torpaqları geri qaytarmaqdır. Mən bundan sonra da bu istiqamətdə həm siyasi, həm də beynəlxalq səylərimi davam etdirəcəyəm, Azərbaycanın iqtisadi və hərbi gücünün artırılması üçün səylər göstərəcəyəm. Artıq yaranan güclü dövlət - Azərbaycan daha da güclənəcək və dünya miqyasında güclü, qüdrətli dövlətə çevriləcəkdir.

Əziz dostar, mən sizi bir daha ürəkdən salamlayıram. Demək istəyirəm ki, mən Ağcabədiyə çoxdan gəlmək istəyirdim. Amma əliboş gəlmək istəmirdim. Bu gün qazın verilməsi böyük sevincdir, böyük hadisədir. Sizi bu münasibətlə bir daha təbrik edirəm, sizə uğurlar, cansağlığı arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

Sonra Prezident İlham Əliyev sakinlərlə səmimiyyətlə görüşüb hal-əhval tutdu.

Ağcabədililər dövlətimizin başçısına təşəkkürlərini bildirərək, ölkənin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən razılıqlarını ifadə etdilər, ulu öndərin tarixi xidmətlərini xatırladaraq, onun arzularının həyata keçirilməsində daha böyük uğurlar qazanılacağına əminliklərini söylədilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib