RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri
Ağstafada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Ağstafa, 12 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal-qərb bölgəsində səfərdə olmuşdur.
Prezident İlham Əliyev Qazax rayonuna səfərini başa çatdıraraq Ağstafa rayonuna gəlmişdir.
Dövlətimizin başçısı Ağstafa şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verdi.