AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNAYA İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Bakı, 11 iyul (AZƏRTAC). İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri başa çatmışdır.
Azərbaycan dövlətinin başçısını Sevastopolun “Belbek” hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Elə həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
######
