AZƏRBAYCAN RABİTƏÇİLƏRİ BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİRLƏR
Respublika Rabitə Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Poçt arabası-2003” devizi altında keçirilən beynəlxalq forumda Azərbaycanın rabitə naziri Nadir Əhmədovun başçılığı ilə nümayəndə heyəti də iştirak edir.Tədbirə MDB, Şərqi və Qərbi Avropa, həmçinin Afrika, Asiya və bəzi ərəb ölkələrini təmsil edən 27 dövlətin nümayəndəsi qatılmışdır. On iki ildən bir keçirilən forumun əsas məqsədi müxtəlif ölkələrin poçt-rabitə xidmətləri sahəsində qarşılıqlı əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaq, bir sözlə, dünya miqyasında poçt xidmətini daha da inkişaf etdirməkdir.