RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ RUMINİYA HÖKUMƏTİ ARASINDA TİCARƏT-İQTİSADİ ƏLAQƏLƏR VƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIQ ÜZRƏ MÜŞTƏRƏK KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN YENİ TƏRKİBİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
İlham Quliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
İsgəndər İsgəndərov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Vadim Xubanov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini
Eldar Həsənov - Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli səfiri
Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)
2. «Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 1059 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 617; 2007-ci il, № 12, maddə 1284) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Rumıniya tərəfinə müvafiq bildiriş göndərsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2008-ci il.