RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ QIRĞIZ RESPUBLİKASI ARASINDA İQTİSADİ VƏ HUMANİTAR SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ ÜZRƏ BİRGƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN TƏRKİBİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1.Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri
Xələf Xələfov - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
Rəfael Mirzəyev - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini
Niyazi Səfərov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini
İlham Quliyev - Azərbaycan Respublikasınin kənd təsərrüfatı nazirinin müavini
Teymur Mehdiyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini
Sənan Kərimov - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini
Arif Ağayev - Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Kamal İsmayılzadə - Azərbaycan Respublikasının Nazirləri Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Qırğız Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
22 may 2008-ci il.