Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluğa işə qəbulla əlaqədar müsabiqə elan edir

Bakı, 16 avqust (AZƏRTAC). Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 12 müsabiqə əsasında prokurorluq işçilərinin 52 faizini təşkil edən 553 gənc hüquqşünasın işə qəbul edilməsi həyata keçirilən uğurlu islahatların nəticəsidir.

Həmin islahatların davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən və prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər: Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə, şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti, tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir), 3x4 və 4x6 santimetr ölçülərdə, hər birindən 4 ədəd, ağ fonda fotoşəkil, hüquqşünaslıq ixtisası üzrə ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri, əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti, qeydiyyatda olduğu yaşayış yeri üzrə poliklinikadan (forma № 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmaması barədə arayışlar, qeydiyyatda olduğu yaşayış yeri və ailə tərkibi haqqında arayış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumunda qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notariat qaydasında təsdiq edilmiş surəti.

Sənədlər Baş Prokurorluğun qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 2013-cü il sentyabrın 2-dən oktyabrın 31-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul ediləcəkdir.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlər ali hüquq təhsilinə və seçkilərdə iştirak etmək hüququna malik olmalı, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidirlər. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər: ikili vətəndaşlığı olan şəxslər, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər, alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda), əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər, əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar. Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az., www.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Bakı Dövlət Universiteti “Məzun günü” keçirib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verildi

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

® “Unibank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

Hərbi ekspert: Ukraynada cəbhədə vəziyyət çox ağırdır

MİQ-dən keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub

Emin Əmrullayev: Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib

Nazir müəllimlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatların bölünməsi məsələsinə aydınlıq gətirib

Astanada ŞƏT sammitində dünya liderləri iştirak edəcəklər

Sertifikasiya imtahanında orta balı yüksək olan müəllimlərin olduğu rayon və şəhərlərin adları açıqlanıb - RƏSMİ

İngiltərə millisinin üzvü oyun zamanı komanda yoldaşını təhqir edib

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında dövlət və hökumət başçıları mühüm rol oynayır

Nazir: İbtidai sinif müəllimlərinin 20 faizi sertifikasiya imtahanında 51 bal və daha yüksək nəticə göstərib

Aslan Kərimov: Gürcüstan millisinin bu cür oyunla qrupdan çıxmağı gözlənilməz oldu

Emin Əmrullayev: İbtidai sinif müəllimlərinin 86 faizi sertifikasiya imtahanında uğurlu nəticə göstərib

Danimarka “iqlim meteorizmi”nə vergi tətbiq edən ilk ölkə ola bilər

Nazir: 2022-2024-cü illərdə 64,5 min müəllim sertifikasiya imtahanında iştirak edib

Türkoloq alimlər Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

“Azərkosmos”: “Emosional Zəka” modulunun iştirakçılarına sertifikatlar təqdim edilib