AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ailənizə və bütün Azərbaycan xalqına üz vermiş əvəzsiz itki – hamının ehtiram bəslədiyi və sevdiyi Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı xəbərini ürək ağrısı və dərin hüznlə qarşıladıq. Azərbaycan Respublikasının iqtisadiyyatda, siyasətdə, sosial problemlərin həllində qazandığı nailiyyətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlunun adı ilə bağlıdır. Onun siyasi iradəsi, qətiyyəti və məqsədyönlülüyü, öz ölkəsinə və xalqına çox böyük məhəbbəti sayəsində Azərbaycanda demokratiya, sabitlik və sülh bərqərar olmuşdur.
Heydər Əlirza oğlu Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi və iqtisadi inteqrasiyasına misilsiz töhfə vermiş, MDB-nin Parlamentlərarası Assambleyasını yaratmaq ideyasını birincilər sırasında dəstəkləmişdi, onun işinə fəal və əməli surətdə kömək göstərirdi. MDB Parlamentlərarası Assambleyasının üzvləri, Müstəqil Dövlətlər Birliyi ölkələrinin deputatları onun prinsipial mövqeyini, müdrikliyini və siyasi duyumunu, islahatların aparılmasına, ümumi hüquqi məkan yaradılmasına köməyini yüksək qiymətləndirirdilər. O, bizim xatirimizdə dünya miqyaslı dövlət xadimi və siyasi xadim, bütün həyatını öz Vətəninə, öz xalqına həsr etmiş müdrik və zəngin təcrübəli ölkə rəhbəri kimi qalacaqdır.
Hörmətli İlham Heydər oğlu, MDB Parlamentlərarası Assambleyasının Şurası və Katibliyi adından səmimi başsağlıqlarını qəbul edin. Sizə və Azərbaycan xalqına bu ağır vaxtda mərdlik və dözümlülük arzulayırıq. Biz Sizinləyik.
Dərin hörmətlə,
Mixail Krotov
MDB Parlamentlərarası Assambleya
Şurasının baş katibi Akif Cəfərov
baş katibin müavini.