AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, ağır itki – ölkənin lideri, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar şəxsən Sizə və bütün Azərbaycan xalqına səmimi başsağlığımı və həyanlıq sözlərimi ifadə edim.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun oynadığı rolu lazımınca qiymətləndirmək çətindir. Müdrik siyasətçi olaraq o, ən mürəkkəb vəziyyətlərdə konstruktiv qərarlar tapmağı bacarırdı. Təkcə Azərbaycan deyil, həm də postsovet məkanının bütün ölkələri nüfuzlu dövlət liderini itirdilər.
Heydər Əlirza oğlunun vəfatı Tatarıstan Respublikası sakinlərinin ürəyini göynətdi. Biz itkinın acısını qardaş Azərbaycan xalqı ilə bölüşürük və Azərbaycan Respublikasına sülh və tərəqqi arzulayırıq. Bu, bütün ömrünü öz xalqının xoşbəxtliyinə və firavanlığına həsr etmiş o gözəl insana ən yaxşı abidə olacaqdır.
Mintimer Şaymiyev,
Tatarıstan Respublikasının Prezidenti.
Kazan, 13 dekabr 2003-cü il.