AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbəri Kabarda-Balkariyada hüzn və kədər hissi ilə qarşılanmışdır. Bu ağır itki ilə əlaqədar Kabarda-Balkar Respublikasının parlamenti və hökuməti, xalqı adından Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əlirza oğlunun nurlu xatirəsi qəlbimizdə uzun illər qalacaqdır.
Valeri Kokov,
Kabarda-Balkar Respublikasının Prezidenti.
Nalçik, 13 dekabr 2003-cü il.