AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbəri məni sarsıtdı. Həqiqi milli lider olaraq o, Azərbaycan xalqının, bütün dünya birliyinin layiqli hörmətini qazanmışdı. Rusiyanın və Azərbaycanın dostluq, tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə və inkişafına onun verdiyi töhfəni qiymətləndirmək çətindir.
Bu güclü və cəsur insanı tanıyanların hamısı onun nurlu xatirəsini qəlbində saxlayacaqdır. Mənim səmimi başsağlığımı Heydər Əlirza oğlunun qohumlarına və yaxınlarına, bütün Azərbaycan xalqına yetirməyinizi xahiş edirəm.
Boris Yeltsin,
Rusiya Federasiyasının sabiq prezidenti.
Moskva, 14 dekabr 2003-cü il.