AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın tam müstəqilliyə qovuşmasında çox böyük xidmətləri olan hörmətli Heydər Əliyevin vəfatı həm ölkəniz, həm ölkəmiz, həm dünya üçün böyük itkidir.
Hörmətli Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki ayrı dövlətik.
Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir.
Təkcə Azərbaycanda yox, bütün Qafqazda sülh və demokratiyanın inkişafında xidmətləri olan hörmətli Heydər Əliyev heç vaxt unudulmayacaqdır. İnanıram ki, hörmətli Heydər Əliyevin dəyəri ölkəsində, bölgədə və hətta dünyada günü-gündən daha yaxşı anlaşılacaqdır.
Heydər Əliyevə Allahdan rəhmət diləyir və Sizin simanızda bütün Azərbaycan xalqına, türk dünyasına başsağlığı verirəm.
Bülənd Ecevit,
Demokratik Sol Partiyasının
sədri.
13 dekabr 2003-cü il.