AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Biz istərdik ki, atanızın vəfatı ilə bağlı ürək dolu kədərimizi Sizə və ailənizin üzvlərinə bildirək.
Prezident Heydər Əliyev müstəqil Azərbaycanın dünyanın demokratik dövlətlər ailəsinə birləşmək mövqeyinin təşəbbüskarı oldu. Bizim İnstitut bu mövqe ilə həmfikirdir. Biz onun Milli Demokratiya İnstitutuna və Bakıya gəlmiş hər bir üzvümüzə göstərdiyi diqqətli və mehriban münasibətinə hörmətlə yanaşırıq. Onun həyat yolu daim xatirələrdə yaşayacaqdır.
Xahiş edirik ki, bizim keçirdiyimiz dərin kədər hisslərini ailənizin üzvlərinə çatdırasınız.
Səmimiyyətlə,
Səfir Nelson Ledski
ABŞ Milli Demokratiya İnstitutunun
Avrasiya üzrə regional direktoru
15 dekabr 2003-cü il.