AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, atanızın dünyasını dəyişməsi ilə bağlı ən dərin təəssüf hisslərimi Sizə çatdırım. Mənə üç dəfə Bakıda Sizin atanızı şəxsən görmək başucalığı nəsib olmuşdur. Məndə onun şəxsiyyəti, sükutu yaran daxili qüvvəsi və müdrikliyi dərin təəssürat oyatdı. Heydər Əliyev millətin böhranlı dövrdə, mübarizə anlarında taleyüklü qərarlar qəbul etdiyi vaxtda ehtiyac duyduğu LİDER idi. Mən həmişə onu eyni yaşda ikən İsraili faciəli dövrdə idarə edən müəllimim, bizim mərhum Baş nazirimiz və liderimiz İshak Rabinlə müqayisə edirəm.
Mən əminəm ki, onun vəfatı ilə bağlı kədər hissi ilə yanaşı, Siz onun irsini davam etdirmək, həddindən artıq əzablı regionun narahat zamanında atanızın gələcəkdə gördüyü güclü və müstəqil Azərbaycanı irəli aparmaq üçün özünüzdə daha artıq güc tapacaqsınız.
Onun artıq aramızda olmadığı bir vaxtda Sizə ölkənizi idarə etməkdə qüvvə arzu edirəm.
Bu günlər keçirdiyiniz bütün hissləri Sizinlə, Sizin ailənizlə və Azərbaycan xalqı ilə bölüşürəm.
Səmimiyyətlə Sizin,
Doktor Efraim Sneh,
İsrail parlamentinin üzvü.
16 dekabr 2003-cü il.