AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin atanız, Prezident cənab Heydər Əliyevin vəfatı xəbərini böyük kədər hissi ilə öyrəndim. Şəxsən Sizin üçün, ailəniz və Azərbaycan respublikasının xalqı üçün bu həddindən artıq ağır anlarda söz demək asan deyildir. Bununla belə, icazə verin, Makedoniya Respublikası vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən dərin başsağlığı ifadə edim.
Bizim hamımız cənab Heydər Əliyevi Azərbaycan Respublikasının inkişafı və vətəndaşlarının firavanlığı üçün yorulmadan çalışan islahatçı, demokratik yönümlü müasir siyasi xadim kimi tanıyırıq. Onun şəxsiyyəti və işləri bizim xatirəmizdə qalacaqdır.
Möhtərəm cənab Prezident, xahiş edirəm, ürəkdən gələn kədər hisslərimi qəbul edəsiniz. Xahiş edirəm, bu ağır itkiyə mətanətlə tab gətirəsiniz.
Səmimiyyətlə,
Boris Traykovski
Makedoniya Respublikasının Prezidenti
13 dekabr 2003-cü il.