AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Xanımım və mən Sizə və həmvətənlərinizə qoşularaq, Prezident Heydər Əliyevin vəfatını ağlayırıq. O, həqiqətən, beynəlxalq səviyyəli dövlət xadimi və tarixi əhəmiyyətli milli lider idi. O, Azərbaycanın müstəqilliyinin, ölkənin firavanlığa doğru inkişafının və demokratiyaya doğru yolunun əsasını qoydu.
O, qətiyyətli, uzaqgörən və aydın düşüncəli idi. Bizim hər ikimiz onun qayğılı qonaqpərvərliyini hiss etdik, onu və Sizi öz evimizdə qonaq kimi qəbul etmək şərəfini duyduq. Şəxsən mən onunla görüşlərdən Azərbaycan və Amerika arasındakı strateji əlaqələri formalaşdırmaq kimi nadir imkan əldə etdim. Üstəlik, olduqca maraqlı özəl söhbətlərimiz zamanı sovet tarixinin müxtəlif və çox vaxt da əvvəllər naməlum aspektləri haqqında öyrəndim.
Onun oğlu olaraq Sizə atanızın vəfatı ilə bağlı səmimi başsağlığı ifadə edirik. Siz onunla fəxr etdiyiniz kimi, o da Sizinlə fəxr edirdi. Onun ayaq basdığı yolları davam etməkdə Sizə uğur arzulayırıq.
Səmimiyyətlə,
Zbiqnev Bjezinski
ABŞ-ın Strateji və Beynəlxalq
Araşdırmalar Mərkəzinin
Direktoru.