AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
O vaxt heç ağlıma da gəlmirdi ki, mənimlə Əliyevlər ailəsi və Prezidenti müşayiət edənlər arasında xüsusi möcüzəli ünsiyyət yaranacaqdır. Biz hamımız dost olduq. Xoş vaxtlarda birlikdə sevinir, ağır vaxtlarda bir-birimizə təsəlli verirdik.
Heydər (mən özüm də babayam) ingiliscə çox danışmırdı. Amma onun mavi gözlərindən hiss edə bilirdim ki, nə deyir. Onun özünü yaxşı hiss etmədiyi günlər əlimi sıxmasından və sıcaq təbəssümündən özümü xoşbəxt hiss edərdim. Mənim soyadımı tam tələffüz edə bilmirdi və sadəcə “Salam, Houli” deyirdi. O sözlər, Onun təbəssümləri və əlimi sıxması yaddaşımdan heç zaman silinməyəcəkdir.
Heydər tarixin gedişində dönüş yaratmış şəxs idi. Mən fəxrlə deyə bilərəm ki, Onu tanıyırdım və Onu müşayiət edənlərlə yaxşı dost olduq. Bu xatirələri uzun illər ürəyimizə təsəlli kimi saxlayacağam. Heydərin vəfatı ilə bağlı ən dərin kədər hisslərimi çatdıraraq, mən həm də inkişaf etdirdiyimiz dostluğa, məni şəxsi səviyyədə özünə yaxın buraxdığına görə Onun ruhu qarşısında ürəkdən gələn minnətdarlığımı bildirirəm. Sizə yaxın olmaq möcüzə idi. Həyatda yalnız bircə dəfə baş verə biləcək möcüzə. Bu hissləri nəvələrimlə bölüşmək çətin olacaq, amma çalışacağam ki, bunu edim.
Qoy Allah Sizi və yaxın adamlarınızı qorusun. Qoy Sizə dözümlü olmaq üçün güc versin. Qoy Allah Sizə uzun ömür bəxş etsin ki, Onun yanınızda olduğu yaxşı vaxtları xatırlayasınız.
Dərin sevgi və hörmətlə,
Dostunuz,
Herri Houlihən
Klivlend klinikası təhlükəsizlik xidmətinin rəisi.