AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Biz istərdik ki, atanız Prezident Heydər Əliyevin vəfatı ilə bağlı başsağlığımızı ifadə edək. Biz onunla Dağlıq Qarabağ münaqişəsinin həlli axtarışında sıx işlədik və bu münaqişənin sülh yolu ilə həll olunması işində göstərdiyi qətiyyətli əzmkarlığına və yorulmaq bilməyən səylərinə valeh olduq. Xüsusilə onun münaqişəni həll etmək və evlərindən didərgin düşmüş azərbaycanlıların əziyyətlərini aradan qaldırmaq işində nümayiş etdirdiyi məsuliyyət hissi bizdə rəğbət doğururdu. Xahiş edirik, ailəniz və ölkəniz üçün böyük itki ilə bağlı bizim ən səmimi başsağlığımızı bir daha qəbul edəsiniz.
Xahiş edirik, əmin olasınız ki, Minsk qrupunun həmsədrləri kimi biz sülh prosesini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. Biz münaqişənin sülh yolu ilə qarşılıqlı surətdə məqbul həlli istiqamətində Sizinlə gələcəkdə işləməyə ümidlə baxırıq.
Səfir Rudolf Perina (ABŞ)
Səfir Anri Jakolən (Fransa)
Səfir Yuri Merzlyakov (Rusiya)
ATƏT-in Minsk qrupunun həmsədrləri
15 dekabr 2003-cü il.