AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Heydər Əlirza oğlunun - Azərbaycanla Dağıstan arasında əməkdaşlığın inkişafına, Qafqaz və Rusiya Federasiyası xalqları arasında dostluğun möhkəmlənməsinə böyük töhfə vermiş görkəmli siyasi və ictimai xadimin, dövlət xadiminin vəfatı ilə əlaqədar səmimi başsağlığını qəbul edin. Bütün Azərbaycan xalqı üçün əvəzsiz itkinin kədərini Sizinlə, əzizləriniz və doğmalarınızla bölüşürəm. Heydər Əlirza oğlunun nurlu siması və onun əziz xatirəsi ürəklərimizdə əbədi yaşayacaqdır.
Hörmətlə,
Muxu Əliyev
Dağıstan Respublikası Xalq
Məclisinin sədri
Mahaçqala, 15 dekabr 2003-cü il.