AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizinlə birlikdə ürək ağrısı ilə kədərlənirəm.
Heydər Əlirza oğlunu tanıyan adamlara onun haqqında “olmuşdur” demək çətindir. Bu ələmli sözdən poemalar, romanlar, elmi əsərlər yaranacaq və onlar Heydər Əliyevin tarixi simasını tam əzəməti ilə işıqlandıracaqdır. O tarixi sima Azərbaycanın taleyinin həll edildiyi son on il yarımda özünün ən yüksək zirvəsinə çatmışdı.
Heydər Əliyev XX yüzilliyin ən güclü ideyalarının çox parlaq ifadəçisi idi. Bir çox ölkələrdə yeni zəmanənin yaradıcıları onun nadir təcrübəsindən mütləq bəhrələnəcəklər.
Heydər Əliyev işıqlı, geniş və təhlükəsiz Xalq Evi kimi müstəqil dövlət yaratmağı arzulayırdı. Prezidentliyinin on ili ərzində bunun üçün çox işlər görə bildi.
Heydər Əliyev bu arzunu Sizə, öz şagirdinə və oğluna, bütün Azərbaycan xalqına yetirməyə müvəffəq oldu. Başa düşürdü ki, onu həyata keçirməyə ancaq xalqın və liderin arzusunun ümumiliyi kömək edər.
Əminəm ki, bu kədərli günlərdə bütün Azərbaycan Müəllimin ümidlərinin gerçəkləşəcəyinə and içir. Belə də olacaqdır!
Səmimiyyətlə Sizin,
Oljas Süleymenov
Qazaxıstan Respublikasının YUNESKO
yanında daimi nümayəndəsi
Paris, 13 dekabr 2003-cü il.