AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın – ölkəmizin böyük dostu Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar səmimi başsağlığımı qəbul edin.
Heydər Əlirza oğlu Əliyev XX əsrin ən parlaq siyasətçilərindən biri idi. Böyük siyasi xadimə xas qeyri-adi təfəkkürə malik olaraq, o, Azərbaycanı inkişaf edən sənaye respublikasına, dünya birliyində layiqli yer tutan ölkəyə çevirə bilmişdir.
Biz Azərbaycanla Rusiya arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın və mehriban qonşuluğun inkişafına və dərinləşməsinə, ölkələrimizin xalqlarının tarixi dostluq ənənələrinin möhkəmlənməsinə onun töhfəsini yüksək qiymətləndiririk. Əminik ki, Sizin rəhbərliyinizlə bu ideyalar daha da dərinləşəcək və genişlənəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, bu ağır günlərdə biz əvəzsiz itkiyə görə Sizinlə, bütün Azərbaycan xalqı ilə birlikdə kədərlənirik.
Valentina Tereşkova
Rusiya Beynəlxalq Elmi və Mədəni
Əməkdaşlıq Mərkəzinin rəhbəri
Moskva, 15 dekabr 2003-cü il.