AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zəmanəmizin görkəmli xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Rusiya Əmtəə İstehsalçıları İttifaqının Rəyasət heyəti adından və şəxsən öz adımdan Sizə, qohumlarınıza və yaxınlarınıza, bütün Azərbaycan xalqına səmimi başsağlığımızı qəbul edin.
Heydər Əlirza oğlu ilə məni uzun illər birgə səmərəli işimiz bağlamışdır və bu nurlu insanın xatirəsi qəlbimdə həmişəlik qalacaqdır. Heydər Əlirza oğlu haqqında keçmiş zamanda danışmaq çətindir. Azərbaycan dövlətinin təşəkkülünə, Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafına onun verdiyi töhfə qədirbilən həmvətənlərimizin xatirəsində həmişəlik qalacaqdır.
Nikolay Rıjkov,
RF Federasiya Şurasının üzvü, Rusiya
Əmtəə İstehsalçıları İttifaqının prezidenti.
Moskva, 16 dekabr 2003-cü il.