Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu,
MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Milli bayram - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və Birlik ölkələrinin dostluğunun və əməkdaşlığının möhkəmlənməsində uğurlar, Azərbaycan Respublikasına sülh və firavanlıq diləyirəm.
Səmimi hörmətlə,
Mixail Krotov
MDB Parlamentlərarası Assambleyası
Şurasının baş katibi