Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, cənab Prezident,
Macarıstan Respublikasının xalqı adından, həmçinin öz adımdan Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim.
Macarıstan Cənubi Qafqazda sabit və təhlükəsiz mühit yaratmaq, həmçinin Avropa və Avratlantik strukturlarına yaxın olmaq üçün ölkəniz tərəfindən göstərilən səyləri böyük maraq və rəğbətlə izləyir.
Macarıstan Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirmək, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətindədir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizə dərin ehtiramımı bildirirəm.
Pal Şmitt,
Macarıstan Respublikasının Prezidenti