Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edir və ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənəcəyinə əmin olduğumu təsdiqləyirəm.
Sizə ən yüksək ehtiramımı bildirirəm.
Raul Kastro Rus
Kuba Respublikası Dövlət Şurasının və
Nazirlər Şurasının Sədri