Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Koreya Respublikasının xalqı adından Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin davamlı inkişafından məmnun olduğumu bildirmək istərdim. Tamamilə əminəm ki, Azərbaycan Respublikası və Koreya Respublikası xalqlarının ümumi maraqlarına, qarşılıqlı hörmətinə və dostluğuna əsaslanan əməkdaşlıq əlaqələri növbəti illərdə daha da güclənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Li Men Bak
Koreya Respublikasının Prezidenti