AZƏRBAYCAN RƏSSAMLAR İTTİFAQININ ÜZVLƏRİ ÜÇÜN YENİ EMALATXANALARIN TİKİNTİSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin müasir emalatxanalarla təmin edilməsi məqsədi ilə Bakı, Gəncə və Naxçıvan şəhərlərində müasir emalatxana kompleksləri yaradılsın.
2. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi üç ay müddətində:
2.1. Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların yaradılması və tikilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. yeni emalatxanaların istifadəyə verilməsi qaydaları layihəsini müvafiq orqanlarla birlikdə hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2006-cı il.