İDMAN
Azərbaycan şahmatçıları “İslam mədəniyyətinin paytaxtı” çempionatında turnir cədvəlinə başçılıq edirlər
Bakı, 20 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində İsveçrə sistemi üzrə doqquz turdan ibarət “İslam mədəniyyətinin paytaxtı” şahmat çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, kişilərin yarışlarında 46 şahmatçı, o cümlədən altı qrossmeyster iştirak edir. Qrossmeysterlərdən üçü - Eltac Səfərli, Qadir Hüseynov və Nicat Abbasov Azərbaycanın təmsilçiləridir.
Qadınların yarışlarında 26 şahmatçı iştirak edir. Onların arasında azərbaycanlı şahmatçılar, FIDE ustaları Ülviyyə Fətəliyeva, Nərmin Xələfova və beynəlxalq usta Xəyalə Abdulla da var.
Dörd turdan sonra kişilərin turnirində hərəyə 4,5 xal toplamış Nicat Abbasov, Qadir Hüseynov və Ədməd Ədli (Misir) liderdirlər. Saleh Salem (BƏƏ), Cəmşid İsayev (Tacikistan), Omid Noruzi (İran) və Semetey Toloqontegin (Qırğızıstan) onlardan yarım xal geridədirlər. Eltac Səfərlinin aktivində 3 xal var.
Qadınların yarışında tərəyə 4 xal yığmış Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva, Nərmin Xələfova və Dorsa Derəxşani (İran) irəlidədirlər.