Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir

Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AZƏRTAC-a müsahibəsi

- Əli müəllim, son günlər Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində ciddi gərginlik müşahidə olunur. Hər iki tərəfdən çoxlu sayda ölən və yaralanan var. Baş vermiş gərginliyi və mövcud durumda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, iyulun son günlərindən başlayaraq işğalçı Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın ediblər. Bu həmlələr avqustun 1-2-də daha intensiv xarakter daşıyıb və nəticədə milli ordumuzun 13 hərbi qulluqçusu həlak olub. Yaranmış imkandan istifadə edərək, şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm. İtkinin müqayisəolunmaz ağırlığına baxmayaraq, şəhidlərimizin valideynlərinin, yaxınlarının nümayiş etdirdikləri səbr, təmkin, vətənpərvərlik, vətəndaş mövqeyi həqiqətən də ən yüksək qiymətə layiqdir. Bu dəyanət bütün xalqımız, cəmiyyətimiz və hər bir vətəndaşımız üçün örnəkdir.

Qeyd etmək istərdim ki, erməni təxribatçı qrupların basqın cəhdləri qabaqcadan planlaşdırılmış aksiya olsa da, onlar qarşılarına qoyduqları məqsədə nail olmamış və ciddi itkilər verərək geri çəkilmişlər. Şübhəsiz, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim daxildə ictimai narazılığın artacağını və cəmiyyətin ciddi təzyiqlərinə məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən çəkinirlər. Bununla yanaşı, bizə məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı və adekvat cavabları nəticəsində ermənilər böyük itki veriblər. Hətta sərt senzura şəraiti olsa belə, Ermənistanın informasiya resursları onlarla hərbi qulluqçunun öldüyünü açıqlayıblar.

Bütün bu faktlar bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini aydın nümayiş etdirdi. Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunmuş döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.

- Gərginliyin səbəbləri kimi müxtəlif versiyalar irəli sürülür. Sizin fikrinizcə, cəbhə xəttində Ermənistanın son həmlələri nə ilə bağlıdır?

- Cəbhə xəttində gərginliyin artmasını bir neçə səbəblə izah etmək olar. İlk növbədə hazırkı gərginlik Ermənistanın mövcud status-kvonu qoruyub saxlamaq siyasətinin tərkib hissəsi kimi başa düşülməlidir. Bilirsiniz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Ermənistanın işğalçı simasının ifşa olunması, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində çox böyük uğurlar qazanıb. Biz artıq erməni lobbisini ənənəvi dominantlıq etdiyi coğrafiyada sıxışdırmağa nail olmuşuq. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrdə bu münaqişənin dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilməsi üçün zəruri addımlar atdı. Artıq bütün aparıcı beynəlxalq təşkilatlar, əsas güc mərkəzləri, ayrı-ayrı nüfuzlu dövlətlər mövcud status-kvonun saxlanmasının yolverilməzliyini bəyan edir və münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə tərəfdar çıxırlar. Bundan sonrakı dövrdə Ermənistanın əsaslı bəhanə limiti qalmayıb. Odur ki, Sarkisyan rejimi bir tərəfdən dünya ictimaiyyətinin, ATƏT-in Minsk qrupunun problemin köklü həlli ilə bağlı ona ünvanlanan və getdikcə daha təkidli xarakter alan tələblərindən yayınmağa, əsas diqqəti münaqişənin müxtəlif neqativ təzahürləri üzərində fokuslaşdırmağa cəhd göstərir. Digər tərəfdən isə vaxtı gələndə Azərbaycanın işğal altında olan torpaqları azad etməklə bağlı başqa yollara əl atacağından çəkinərək, onun fəaliyyətini məhdudlaşdırmağa, hansısa müqavilə vasitəsilə əl-qolunu bağlamağa çalışır. Ancaq bütün bu cəhdlərin heç bir səmərəsi yoxdur və ola da bilməz. Azərbaycan bundan sonra da bütün imkanlardan, malik olduğu resurslardan, güclü siyasi, iqtisadi və hərbi potensialından istifadə etməklə münaqişənin ədalətli həllinə nail olacaqdır.

Digər səbəb Ermənistan hökumətinin son zamanlar onun daxili və xarici siyasətinə öz etirazını aşıq şəkildə nümayiş etdirən erməni diasporunun və yerli ictimaiyyətin diqqətini mövcud ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq cəhdi ilə bağlıdır. Bilirsiniz ki, həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi olaraq Ermənistan regionun siyasi, sosial-iqtisadi və mədəni həyatından təcrid olunmuş vəziyyətə düşüb. Ölkənin bütün iqtisadiyyatı əsasən Rusiyanın, kiçik bir hissəsi isə erməni lobbisinin və hakimiyyətdə təmsil olunmuş ayrı-ayrı mafioz şəxslərin nəzarətindədir. Heç bir daxili resursun, xarici investisiyanın olmadığı şəraitdə, habelə bütün regional layihələrdən kənarda qaldığı üçün onun inkişaf perspektivi də yoxdur. Buna görə də bu gün Ermənistan ciddi maliyyə sıxıntılarının, sosial və demoqrafik gərginliyin məngənəsindədir. İşsizlik, yoxsulluq, səfalət, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və digər səbəblərdən əhali başqa ölkələrə üz tutur. Ermənistanın rəsmi orqanları etiraf edirlər ki, orta hesabla hər il 60-70 min nəfər ölkəni birdəfəlik tərk edir. Nəticə etibarilə cəmiyyətdə narazılıq artır və hakimiyyət Qarabağ kartından istifadə etməklə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Ancaq Ermənistan iqtidarı, erməni lobbisi başa düşməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, bu ölkənin və xalqın durumu daha da ağırlaşacaq. Faktiki dövlət müstəqilliyini itirmiş Ermənistan bir neçə ildən sonra bu itkini formal cəhətdən də rəsmiləşdirmək məcburiyyətində qalacaq.

Eyni zamanda onu da qeyd etməliyəm ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da güclənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistan rəhbərliyini, erməni lobbisini qıcıqlandırır və bərk narahat edir. Buna görə də onlar həm siyasi, həm də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmaq, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. Amma göründüyü kimi, bütün bu cəhdlər əks effekt verir.

Ermənistanın son təxribatlarının arxasında eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətini MDB məkanında cərəyan edən digər hərbi münaqişələrdən yayındırmaq və onun ağırlıq yükünü başqa müstəviyə keçirmək niyyətinin dayandığı da istisna edilmir.

- Əli müəllim, erməni kəşfiyyat-təxribat dəstələrinin çoxsaylı itkilərə gətirib çıxaran son aksiyası Ermənistana qarşı beynəlxalq səviyyədə hər hansı təzyiqlərin artmasına səbəb ola bilərmi?

- Hesab edirəm ki, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunması çoxdan baş verməli idi. Bu gün Ukrayna hadisələri fonunda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, ilk növbədə, 1992-ci ildən BMT-nin qəbul etdiyi dörd qətnamənin icrasını qulaq ardına vuran işğalçı Ermənistana şamil edilməli idi. Beynəlxalq aləmin, BMT qətnamələrinin, ATƏT Minsk qrupu həmsədrlərinin iyirmi ildən artıq bir müddətdə çağırışlarına zidd olaraq Ermənistan bu gün də cəbhə bölgəsindəki bütün təxribatların müəllifidir. Bu ölkə bu günün özündə də öz işğalçılıq siyasətindən əl çəkməyib. Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb. Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, nüfuzlu beynəlxalq qurumların qərarlarını icra etməkdən boyun qaçırır. Son günlər məhz onun təxribatının nəticəsi olaraq cəbhə xətti boyunca gərginlik artdı, atəşkəsin tam pozulması və hərbi əməliyyatların bərpa edilməsi təhlükəsi yarandı, çox sayda insan həlak oldu, sərhəddə yaşayan dinc əhalinin həyatı təhlükə ilə üzləşdi. Düşünürəm ki, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsi həm də bütün regionda təhlükəsizliyin təmin olunması üçün vacibdir. Üstəlik, dünyada analoji halların təhlili təsdiq edir ki, təcavüzkarı dayandırmağın ən effektli yolu ona qarşı təsirli praktiki tədbirlərin görülməsindən keçir.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ABŞ Dövlət Departamentinin, BMT-nin, Avropa İttifaqının və digər nüfuzlu dövlət və qurumların açıqlamaları Azərbaycan ictimaiyyətinin gözləntilərini doğrultmadı. Beynəlxalq aləm, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik Şurası başda olmaqla, bütün aparıcı beynəlxalq təşkilatlar mövcud situasiyaya diqqəti artırmalı və regionda qarşıdurmanın yenidən alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən çəkindirəcək real tədbirlər görməli idilər.

- Məlum hadisələr baş verən zaman media qurumları Müdafiə Nazirliyinin informasiya sahəsində qeyri-operativ fəaliyyətindən bir qədər şikayətləndilər. Sizcə, MN-nin informasiya fəaliyyətindəki bu gecikmənin səbəbi nə idi?

- Bilirsiniz, biz 90-cı illərin əvvəllərində şiddətli hərbi qarşıdurma gedən zaman üzləşdiyimiz informasiya blokadasının və cəmiyyətimizdə yaşanan informasiya özbaşınalığının hansı fəsadlara yol açdığını unutmamışıq. O zaman erməni işğalı, qəddarlığı, qaçqın və məcburi köçkünlərin acınacaqlı durumu haqqında məlumatı beynəlxalq ictimaiyyətə dolğun çatdırmaq əvəzinə, daha çox yerli əhalini əsassız vahiməyə salırdılar. Həmin dövrdəki hakimiyyətin rəsmi şəxslərinin məlumatları bir-birini təkzib edirdi, mediada isə ciddi anarxiya yaşanırdı. Bu fəaliyyət də müvafiq olaraq cəmiyyəti çaşdırır, hərbçiləri ruhdan salırdı, hətta hərbi əməliyyat planları belə qəzet səhifələrinə çıxarılırdı. Bütün bunlar sonda ölkəmizin və müdafiə siyasətimizin əleyhinə işləyirdi.

Ola bilsin ki, məsələ ilə bağlı cəmiyyətə daha tez məlumat verilə bilərdi. Ancaq nəzərə almaq lazımdır ki, Müdafiə Nazirliyi qapalı qurumdur. Hərbi əməliyyatlar, cəbhə xəttindəki insidentlər və digər bu tipli hadisələrlə bağlı informasiyaların ölkə ictimaiyyətinə doğru-dürüst çatdırılması da böyük məsuliyyət tələb edən məsələdir. Erməni təxribat qrupları dövlət sərhədi və cəbhə boyu müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqelərinə total basqın ediblər. Təbii ki, bütün informasiyaların toplanması, sistemləşdirilməsi, təhlil edilməsi və müvafiq ictimai yükü olan məlumatın hazırlanmasına zaman lazımdır. Buna görə də informasiyanın ləngidilməsi və qeyri-operativliklə bağlı mülahizələri əsaslı hesab etmirəm.

- Ancaq bu informasiya verilənədək cəbhə zonasındakı vəziyyətlə, həlak olmuş hərbçilərin sayı ilə və digər məsələlərlə bağlı mediada, sosial şəbəkələrdə həqiqətdən uzaq, olduqca zərərli məlumatlar yayılırdı...

- Hesab edirəm ki, peşəkar media, QHT-lər, siyasi partiyalar, ümumilikdə, tanınmış ziyalılarımız da daxil olmaqla, Azərbaycan ictimaiyyəti cəbhədəki gərginliyə və itkilərimizə təmkinlə yanaşdı və düzgün mövqe tutdu. Bu da bir daha sübut edir ki, heç bir problem Azərbaycanda mövcud olan milli birliyi sarsıtmaq gücündə deyil. Bununla yanaşı, bu və ya digər səbəbdən ümumi tendensiyadan kənara çıxma hallarını da qeyd etməyi özümə borc bilirəm. Məyusedici hal ondan ibarətdir ki, bəzi siyasi qrupların, onların nəzarətində olan azsaylı QHT-lərin və media nümayəndələrinin iqtidara qarşı ifrat dözümsüzlüyü ən son həddi də keçib. Xarici anti-Azərbaycan və erməni dairələri tərəfindən idarə olunan bəzi qurumlar isə ən kiçik problemi belə mövcud hakimiyyətin idarəçiliyi ilə əlaqələndirməyə və özünəməxsus məntiqlə qeyri-real iddialar irəli sürməyə çoxdan aludə olublar. Baş vermiş məlum hadisə ilə bağlı da onların tutduğu mövqe bir daha təsdiq etdi ki, bu qrupların iddiaları ilə erməni təbliğatı arasında aydın görünən sinxronluq mövcuddur.

Eyni zamanda, o da qeyd olunmalıdır ki, qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı bir çox internet media resursları qeyri-adekvat, anlaşılmaz mövqe tutdular. Məhz bu resurslar yanlış, qeyri-obyektiv informasiyaların mənbəyinə çevrildilər, bəzi hallarda isə bilərəkdən və ya bilməyərəkdən erməni mediasının təxribat xarakterli məlumatlarını Azərbaycan ictimai rəyinə daşıyaraq cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaratmağa xidmət etdilər.

- Belə vəziyyətdə media necə davranmalıdır, hansı mövqeyi tutmalıdır?

- Hesab edirəm ki, qlobal şəbəkənin mövcud olduğu, informasiyanın transmilli xarakter daşıdığı müasir dövrdə milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək medianın ən mühüm funksiyalarından biridir. Belə şəraitdə tanınan, ictimai rəyə real təsir imkanlarına malik KİV-lər xüsusi həssaslıq nümayiş etdirərək lokomotivə çevrilməli, cəmiyyətin obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmağı bacarmalıdırlar. Azərbaycan mediası, jurnalistlərimiz daim vətənpərvərlik mövqeyindən çıxış etməli, milli dövlətçiliyə sədaqətin, milli maraqlar uğrunda prinsipiallığın rəmzi olduqlarını heç zaman unutmamalıdırlar. Ümid edirəm ki, Azərbaycan jurnalistikası öz şərəfli tarixi ənənəsinə sadiq qalaraq, bütün dövrlərdə olduğu kimi, bundan sonra da Azərbaycan xalqına və dövlətçiliyinə xidmət missiyasını ləyaqətlə davam etdirəcəkdir.

- Əli müəllim, Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunusun həbsi barədə nə deyə bilərsiniz? Qeyd edək ki, bəzi xarici təşkilatlar artıq bu həbsləri və ümumilikdə Azərbaycanda insan haqlarının durumunu pisləyən bəyanatlarla çıxış ediblər.

- Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində öz öhdəliklərinə ardıcıl əməl edən, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına hərtərəfli dəstək verilən ölkədir. Bu gün Azərbaycanda 2500-dən artıq QHT, yüzlərlə media orqanı, onlarla siyasi partiya azad, sərbəst şəkildə fəaliyyət göstərir. Buna görə də ölkəmizdə insan haqlarının durumu, söz və məlumat azadlığı və digər sahələrdə mövcud vəziyyəti mənfi qiymətləndirən müəyyən xarici dairələrin, təşkilatların iddialarını əsaslı hesab etmirəm. Düşünürəm ki, bu iddialarla çıxış edən xarici təşkilatlar öz ölkələrində baş verən neqativ hallara diqqətlərini artırsalar, daha obyektiv görünərlər.

Konkret olaraq Leyla Yunusun həbsi məsələsi ilə əlaqədar qeyd etmək istərdim ki, hüquq mühafizə orqanları ona qarşı ciddi faktlara əsaslanan ittiham irəli sürüblər. Hazırda istintaq prosesi gedir. İttihamların əsaslı olub-olmamasını yalnız məhkəmə müəyyənləşdirə bilər. Nəticə etibarilə müxtəlif xarici dairələr və daxili qruplar tərəfindən məsələni siyasiləşdirmək, müvafiq orqanların fəaliyyətinə kölgə salmaq cəhdləri səmərəsizdir və heç bir nəticə verə bilməz. Diqqətə çatdırmaq istərdim ki, həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq qanunlar cinayət törətdiyi ehtimal olunan şəxslərin fəaliyyət istiqamətinə görə məsuliyyətdən azad edilməsi praktikasını nəzərdə tutmurlar. Hamı qanun qarşısında bərabərdir və hər kəs öz əməlinə görə cavab verməlidir.

Digər tərəfdən, açıq-aydın görünür ki, Azərbaycanın daxilində müxtəlif xarici dairələr tərəfindən istiqamətləndirilən, erməni lobbisi ilə bağlılığına dair böyük şübhələr olan anti-milli qrup fəaliyyət göstərir. Son zamanlar Leyla Yunusun müdafiəsi məqsədilə erməni mediasında yayılan materiallar, gücləndirilən anti-Azərbaycan kampaniyası müvafiq nəticəyə gəlmək üçün əsas yaradır. Bu qrup daim cəmiyyətdə inamsızlıq mühiti yaratmaq, milli birliyi sarsıtmaq, xaricdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün bir vasitə rolunu oynayır. Xüsusilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mühüm beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində onların fəaliyyəti daha da gücləndirilir, yüksək qrantlar hesabına müxtəlif siyasi kampaniyalar təşkil olunur və beynəlxalq ictimaiyyətin, transmilli medianın, xarici təşkilatların diqqəti süni şəkildə qabardılmış, uydurma məsələlərə yönəldilir. Onların nəzərinə çatdırmaq istərdim ki, Azərbaycan müstəqil ölkədir və bu tipli cılız aksiyalarla onun siyasətini məhdudlaşdırmaq, nüfuzuna xələl gətirmək, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq cəhdləri heç bir praktiki nəticə verə bilməz. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT Somaliyə 25 milyon dollar yardım edəcək

Ekvador polisi 2 tondan çox kokainin İspaniyaya göndərilməsinin qarşısını alıb

Dağıstanda silahlı hücumlar nəticəsində 9 nəfər ölüb, yaralılar var YENİLƏNİB-3 VİDEO

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1100 nəfəri ötüb

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

Bakı Slavyan Universitetinin məzun günü keçirilib

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Netanyahu: ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib

Ferstappen Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub

Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirib

Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Sloveniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq

NBC: Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib

Bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər

Göyçayda kafe yanıb

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub

Honkonq və Sinqapur əcnəbilərin yaşamaları üçün ən bahalı şəhərlərdir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb VİDEO

Naxçıvan Qızlar Liseyinə ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib

Azərbaycan badmintonçuları Serbiyada dörd medal qazanıblar

DİM-in rəhbəri: Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə çoxşaxəli tədbirlər müəyyən edilib

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Məleykə Abbaszadə: Situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanmasını intensivləşdirmək üçün DİM prosesə mütəxəssisləri cəlb edib

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

Abşeron rayonunda sursat aşkar edilib VİDEO

Azərbaycanın dəmir yolu stansiyalarında memarlıq irsi

“Avro 2024”: Bu gün III tura start veriləcək

“Sabah” braziliyalı futbolçu ilə yollarını ayırıb

Aleksey Borisov: COP29-un uğurlu təşkili dünya arenasında mövqeyini möhkəmləndirməkdə Azərbaycana kömək edəcək

Amerika Kuboku: Venesuela və Meksika yığmaları qalib gəlib

Ağstafada toyda kütləvi zəhərlənmə olub VİDEO

Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz... FOTOLAR VİDEO

Faktiki hava: bölgələrdə qeyri-sabit hava şəraiti davam edib

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları mühakimə üçün Fransaya aparılacaq

Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Güclü külək və dolu 2 rayonda fəsadlar törədib

Fəallar Kembric Universitetinin binasını qırmızı rəngə boyayıb

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Türkiyə millisinin baş məşqçisi: İlk 20 dəqiqə daha yaxşı oynadıq

Fransada leysan: Arıçılar narazıdır

Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirir

Bu gün 1300-dən çox namizəd rezidenturaya ikinci cəhd qəbul imtahanı verir

Özbəkistanda təbii qazın hasilatı azalıb

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

Azərbaycan özünün yaşıl gündəliyi ilə qlobal səylərə mühüm töhfə verməkdədir ŞƏRH

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Avro-2024: Belçika millisi ilk qələbəsini qazanıb

Qaxa leysanla müşayiət olunan dolu düşüb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb VİDEO

QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

Avro-2024: Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Çexiya millisi debütantla bacarmayıb

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib - YENİLƏNİB

Beynəlxalq ekspert: Türkiyə və Azərbaycan kimi qardaş ölkələr TDT-nin verdiyi imkanlardan bəhrələnirlər – MÜSAHİBƏ

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakının 550 küçəsi yuyulub

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

Azərbaycan Dəmir Yollarının yaşıl enerjiyə keçidi

Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib

Astanada çoxmərtəbəli binada yanğın baş verib VİDEO

QHGT-nin İqlim Fəaliyyəti Forumunda gənclər iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil ediblər

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

Mbappe Avropa çempionatı zamanı yoxlama oyununda iştirak edə bilər

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

Tailand əcnəbi turistlər üçün pulsuz sığortanın müddətini uzadıb

Kitab karvanı ilə nağıllar dünyasına səyahət - Respublika Uşaq Kitabxanasından REPORTAJ

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər

Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq - MÜSAHİBƏ

Qəbələdə FHN-in Şimal-qərb Regional Mərkəzi yanğınlar zamanı davranış qaydaları ilə bağlı təlim keçirib 

® Nurlana Miabi: Kosmetologiyada 2024-cü ilin trendi təbii gözəllikdir

Avro-2024: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Özbəkistanda qızlar üçün texnologiya proqramının növbəti mərhələsi keçirilib