Ekvador polisi 2 tondan çox kokainin İspaniyaya göndərilməsinin qarşısını alıb
Bakı, 23 iyun, AZƏRTAC
Ekvador hüquq-mühafizə orqanları cinayətkarların İspaniyaya göndərməyi planlaşdırdıqları 2 tondan çox kokaini müsadirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə polisi X sosial hesabında məlumat yayıb.
"El-Oro limanında ixrac üçün malların olduğu konteynerə baxış zamanı İspaniyaya göndərilmək üzrə olan 1950 düzbucaqlı bağlamada kokain aşkar edilib", - məlumatda deyilir.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, müsadirə edilən yük “19 milyon doza narkotik”ə bərabərdir. Konteynerin yoxlanılması nəticəsində bir nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]