Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan təhsili sürətli inkişaf yolundadır

Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 3-də “Gülüstan” sarayında rəhbər təhsil işçilərinin respublika konfransı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi düzülmüşdür.

Sonra təhsil işçiləri Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmişlər.

Baş nazirin müavini Elçin Əfəndiyevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Milli Məclis deputatlarının, müvafiq nazirliklərin nümayəndələrinin, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərinin, təhsil ictimaiyyətinin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərini vurğulamışdır.

Dahi rəhbər Heydər Əliyev siyasətinin uğurlu nəticələrini xatırladan nazir, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini söyləmişdir. O, Azərbaycanın dinamik inkişaf etdiyini vurğulamış, ölkəmizdə qazanılan nailiyyətlərdən danışmışdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu islahatlardan bəhs edən M.Mərdanov bildirmişdir ki, son illərdə təhsilin müasir infrastrukturunun yaradılması və möhkəmləndirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atılmışdır. Bu iş bu gün də davam etdirilir.

Təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyəti barədə məlumat verən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord bu qurumun ölkəmizin Təhsil Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu əməkdaşlıq bir çox irimiqyaslı islahatların həyata keçirilməsinə öz töhfəsini vermişdir.

M.Hervord eyni zamanda, Azərbaycanın müvafiq təhsil müəssisələrində reallaşdırılan layihələrdən bəhs etmişdir.

Konfransda ali və orta ixtisas təhsili müəssisələrinin, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil ocaqlarının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri çıxış edərək təhsildə qazanılan uğurlardan, bu sahədəki mövcud problemlərdən danışmışlar.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsində və təhsilin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə ölkəmizdə müasir tələblərə cavab verən çoxlu sayda yeni məktəb binaları tikilib istifadəyə verilmiş və lazımi avadanlıqla təchiz olunmuşdur.

Ölkəmizdə ali təhsilin inkişafı ilə bağlı həyata keçirilən proqram və layihələr barədə məlumat verilərək diqqətə çatdırılmışdır ki, 2005-ci ildə Azərbaycan Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulmuş və hazırda bu prosesin tələblərinə uyğun olaraq təhsil müəssisələrində tədbirlər həyata keçirilir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 800-dək azərbaycanlı gənc Türkiyə, Almaniya, ABŞ, Fransa, Kanada, Rusiya, Böyük Britaniya və digər ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir. Onların bir qismi təhsilini uğurla başa vuraraq doğma Vətənə qayıtmışdır.

Ali məktəblərdə aparılan elmi-tədqiqatlar barədə məlumat verilərək bildirilmişdir ki, 2010-cu ildən başlayaraq elmin maliyyələşməsinin yeni mexanizmi tətbiq olunmuşdur. Elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün son 2 ildə hər il üçün dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılmışdır.

2010 və 2011-ci illərdə bu fond tərəfindən elan olunmuş müsabiqələrdə ali məktəb alimləri 22 qrant layihələrinin qalibi olmuşlar. 2010-cu ildə təhsil sistemində çalışan alimlərimiz 37 beynəlxalq layihədə iştirak etmişlər. Yalnız Bakı Dövlət Universiteti ayrı-ayrı fondların maliyyə dəstəyi ilə 5 milyon manat dəyərində 35 beynəlxalq layihə həyata keçirir.

Alimlər tərəfindən 436 monoqrafiya, 338 dərslik, 620 dərs vəsaiti, 1421 adda proqram və metodik ədəbiyyat nəşr etdirilmişdir.

Tomson Röyter agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olan jurnallarda Təhsil Nazirliyi sistemində çalışan alimlər tərəfindən son 3 ildə nəşr etdirilmiş elmi məqalələrin sayı 3 dəfə artmışdır.

İl ərzində nəşr olunmuş 260 məqalədən 136-sı Bakı Dövlət Universitetinin, 53-ü Azərbaycan Dövlət Neft Akademiyasının, 37-si Azərbaycan Texniki Universitetinin payına düşür.

Müvafiq qərara əsasən, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 19 dövlət, 5 özəl ali təhsil müəssisəsində, Təhsil Problemləri İnstitutunda doktorantura yaradılmışdır.

Yeni doktoranturalara ilk qəbul bu ilin payız aylarında keçiriləcəkdir.

Təhsil sistemində aparılan islahatların əhəmiyyəti diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, ölkəmizin ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris yeni fənn proqramları (kurikulumları) və dərslik dəstləri əsasında aparılır. Bu müddətdə 40 min nəfərə yaxın müəllim xüsusi proqramlar üzrə öyrədici təlim kurslarından keçirilmiş, bölgələrdə müəllim və valideynlər üçün maarifləndirmə mərkəzləri təşkil olunmuşdur. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumlarının tətbiqinə başlandıqdan sonra V-XI siniflər üçün də eyni məzmunlu sənədlərin hazırlanması istiqamətində iş aparılmışdır. V-XI siniflərin fənn proqramları (kurikulumları) ictimai müzakirədən keçirilərək bu ilin iyununda təsdiq edilmişdir.

2010-2011-ci dərs ilində qızıl və gümüş medala layiq görülmüş 53 məzun və 49 nəfər respublika fənn olimpiadası qalibindən 47-si növbəti tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuşdur.

Məktəbəqədər təhsildən bəhs edilərək bildirilmişdir ki, təhsilin bu sahəsi də daim diqqət mərkəzində olmuşdur. Respublikamızda 112 min 892 uşağın cəlb olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ayrı-ayrı uşaq bağçalarında əsaslı təmir işləri aparılmış, məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı artmışdır. Özəl bağçaların sayı 24-ə çatmışdır.

Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 2009-cu ildə 15,8 faiz olduğu halda, hazırda bu rəqəm 17,6 faiz təşkil edir. Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş uşaqların sayı 2009-cu ildəki 31.102 nəfərdən bu il 34.369 nəfərə çatmış, əhatə səviyyəsi 26 faizi ötmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, 53 uşaq bağçasında əsaslı təmir işləri aparılır və bu işin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Məktəblilərin beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan danışılaraq bu sahədə nailiyyətlərin artırılmasının, xüsusi istedada malik uşaqların yaradıcı potensialının inkişafı istiqamətində görülən işlərin əhəmiyyəti nəzərə çarpdırılmışdır.

Məruzələrdə təhsil sisteminin informasiyalaşdırılmasından, bu sahədə həyata keçirilən layihələrdən, milli təhsil portalının yaradılmasından, texniki peşə təhsilinin inkişafından və digər məsələlərdən də bəhs olunmuşdur.

Konfransda ölkənin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, 1992-2011-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili bu illər ərzində ali məktəblərin qəbul planının 85,24 faiz, abituriyent ərizələrinin sayının isə 2, 67 dəfə artdığını göstərmişdir. Ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2011-ci ildə, ən az plan yerləri isə 1993-cü ildə ayrılmışdır. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci, ən çox 2008-ci ildə olmuşdur.

Bu il qəbul planı 97 faiz yerinə yetirilmişdir. Yüksək müsabiqə vəziyyəti ilə əlaqədar olaraq ən yüksək keçid balı I qrupda Qafqaz Universitetinin kompyuter mühəndisliyi (667 bal), II qrupda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) menecment (660 bal), III qrupda DİA-nın hüquqşünaslıq (646 bal) və IV qrupda Azərbaycan Tibb Universitetinin müalicə işi (541 bal) ixtisasları üzrə olmuşdur.

Məzunların ali məktəblərə qəbul imtahanlarındakı nəticələrində də müsbət dəyişikliklər nəzərə çarpır. Bu il 1540 abituriyent qəbul imtahanlarında 600-dən yüksək bal toplamışdır. Onlar respublikanın 73 regionundan 65-ni təmsil edirlər.

Bu il ən yüksək nəticə Bakı, Sumqayıt şəhərlərinə və Qax rayonuna məxsusdur.

Respublikanın 26 dövlət və 10 özəl ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul aparılmışdır. Qəbul planı 73,52 faiz yerinə yetirilmişdir.

Tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul başa çatmış və qəbul planı 96,7 faiz dolmuşdur.

Tədbirdə xaricdə təhsil alan tələbələrin nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Konfransda təhsilin inkişafı ilə bağlı təkliflər verilmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH