SİYASƏT
Azərbaycan terrorçuluğa qarşı mübarizə aparan ən fəal dövlətlərdən biridir
Bakı, 18 mart (AZƏRTAC). Azərbaycan terrorçuluğa qarşı mübarizə aparan ən fəal dövlətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri GUAM-ın baş katibi Valeri Çeçelaşvili jurnalistlərə müsahibəsində demişdir.
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi məsələsinə toxunan baş katib qeyd etmişdir ki, GUAM-a üzv olan 4 ölkədən üçü ərazi münaqişələrindən əziyyət çəkir. V.Çeçelaşvili Dağlıq Qarabağ münaqişəsinin də dondurulmuş ərazi münaqişələrindən biri olduğunu bildirmişdir.
Baş katib vurğulamışdır ki, GUAM təşkilata üzv ölkələrin ərazilərində münaqişələrin həllinə öz töhfəsini verir.
V.Çeçelaşvili qeyd etmişdir ki, GUAM daha çox ciddi tərəfdaşlar cəlb etmək, onları öz mövqeyi ilə tanış etmək və beynəlxalq cinayətkarlığa qarşı birgə mübarizə aparmaq məqsədi ilə BMT, Aİ və digər qurumlarla əməkdaşlığını davam etdirir.