Azərbaycan Tibb Universitetində “Donuz qripi” mövzusunda məruzə dinlənilib
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Tibb Universitetində “Donuz qripi” mövzusunda məruzə dinlənilib.
Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universitetin Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının mikrobioloqu İsgəndər Karaltı “Donuz qripi” nədir? Yeni pandemiya təhlükəsi varmı?” mövzusundakı məruzəsində dünyada və regionda həmin virusun yayılma arealı, əlamətləri, yoluxma yolları, profilaktik tədbirlər və s. barədə ətraflı məlumat verib.
Həmin virusun on il əvvəl aşkar edildiyini bildirən mikrobioloq, qonşu ölkədəki mövcud durumun ölkəmiz üçün də riskli olduğunu, amma rəsmən hələ ki, belə bir virusa yoluxma halının qeydə alınmadığını vurğulayıb.
Məruzədən sonra iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.