Azərbaycan-Türkiyə İş Adamları Birliyi idarə heyətinin sədri Cemal Yangından
Hörmətli cənab Prezident,
Sizi ad gününüz münasibətilə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvləri adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanın hərtərəfli inkişafına, ordu quruculuğuna, təhsilə, idmana və digər önəmli sahələrə, xalqın rifah səviyyəsinin yüksəldilməsinə verdiyiniz töhfələr danılmazdır.
Bu xoş fürsətdən istifadə edərək təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirəm.
Cənab Prezident, doğum gününüzü bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti vəzifənizdə uğurlar diləyirəm.
Dərin hörmətlə,
Cemal Yangın
Azərbaycan-Türkiyə İş Adamları Birliyi
idarə heyətinin sədri