Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO

Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO

Cenevrə, 28 iyun, AZƏRTAC

Dünyanın qabaqcıl ətir sənayelərinin nümayəndələri Cenevrədə Ümumdünya Parfümeriya Konqresində bir araya gəliblər. Ətriyyatçılar ətir sənayesində innovasiyaya təkan verən əsas amilləri, xüsusilə də bütün seqmentlər üzrə qlobal tendensiyaları, yeni tənzimləmə və süni intellektə diqqət yetirməklə ən qabaqcıl texnoloji innovasiyaların sənayeyə və ətriyyatçıların yaradıcılığına necə təsir göstərdiyini müzakirə ediblər. Konqres çərçivəsində ətir sənayesi üçün xammal və xidmətlərə həsr edilən peşəkar beynəlxalq sərgi də təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Parfümeriya Konqresində və sərgidə ölkəmizi Azərbaycanın ətir sənayesi sahəsində ixtisaslaşmış “Lecheq Farm & Distillery” şirkəti yüksək səviyyədə təmsil edir.

“Lecheq Farm & Distillery” şirkəti isə icraçı direktor Bəxtiyar Heraçiyev və kommersiya direktoru Nicat Mahmudlu ilə təmsil olunur. Şirkətin stendində təbii məhsullardan hazırlanmış müxtəlif çeşidli bitki yağları, kosmetika və aromaterapiya üzrə məhsullar nümayiş etdirilir.

Azərbaycanın əsrarəngiz guşəsində - Zaqatalada və Şəkidə becərilmiş qızılgül, lavanda, yovşan və digər çöl çiçəklərindən hazırlanmış aroma yağlar ətir istehsalçılarının diqqətini cəlb edib. Sərgini ziyarət edən məşhur ətriyyat markalarının aparıcı ətriyyatçıları, ətriyyat ekspertləri Azərbaycan qızılgül yağını çox yüksək qiymətləndiriblər. Onlar Zaqatalada istehsal edilən qızılgül yağının qeyri-adi ətir nüansına malik olduğunu, digər ölkələrdən gələn qızılgül yağlarının ətrindən tamamilə fərqləndiyini xüsusi vurğulayıblar. Azərbaycandan gələn bitki yağlarının belə təkrarolunmaz ətrə malik olmasını ölkənin iqlimi və torpağı ilə əlaqələndiriblər.

Dünyada ən məşhur ətirlərin əsas komponenti olan Zaqatala Dəməşq qızılgülünün ləçəklərindən alınan qızılgül yağı və suyu zəngin və valehedici aromalarına görə yüksək qiymətləndirilir. Bu qızılgülün bal, sitrus notları ehtiva edən yağı mürəkkəb qoxu profili ilə ən çox sevilən yüksək markalı ətirlərə dərinlik və zəriflik əlavə edir. Eyni zamanda, qızılgül yağı nəmləndirici və iltihab əleyhinə xüsusiyyətlərinə görə dəriyə qulluq məhsullarında da istifadə olunur. Təravətləndirici və sakitləşdirici xüsusiyyətləri ilə tanınan qızılgül suyu tonusverici və üz təmizləyicilərində geniş istifadə edilir. Həmçinin müxtəlif fərdi qulluq məhsullarına, losyonlara və şampunlara təbii ətir kimi əlavə olunur.

Dəriyə qulluq və parfümeriyada geniş istifadəsindən əlavə qızılgül suyu bir sıra digər seqmentlərdə istifadə olunmamış potensiala malikdir. Kulinariya dünyasında, desertlərə, içkilərə və hətta ləzzətli yeməklərə incə çiçək notu əlavə etmək üçün istifadə oluna bilər, incə aroması ilə duyğusal təcrübəni artırır. Sağlamlıq və aromaterapiyada qızılgül suyu sakitləşdirici və stresi azaldan faydalarına görə otaq spreyləri, vanna duzları və meditasiya vasitələri kimi məhsullara daxil edilə bilər. Əczaçılıq sənayesində onun iltihab əleyhinə və antibakterial xüsusiyyətlərini təbii vasitələrdə və dərman preparatlarında istifadə üçün əvəzsiz məhsuldur.

Dünyada qabaqcıl ətir brendlərinin ətriyyatçıları Azərbaycan stendini ziyarət edərək ölkəmizin ətriyyat yağları ilə tanış olub, onların xüsusi notlara malik olduğunu vurğulayıblar.

Müxtəlif ölkələrin ətriyyat üzrə ixtisaslaşmış təhsil ocaqlarının yüksək səviyyəli nümayəndələri, ekspertləri Azərbaycandan gələn bitki yağları ilə maraqlanaraq əməkdaşlıq təklif ediblər. Onlar “Lecheq Farm and Distillery”nin nümayiş olunan bitki yağlarının çalarlarından söz açaraq onların hər birini yüksək qiymətləndiriblər. Onların ətir nüanslarını və notlarını xüsusi qeyd ediblər. İqlim və torpağın belə müxtəlif nüanslı ətirli yağlar verən bitkilərə təsirindən danışıblar. Ziyarətçilər Azərbaycan şirkəti ilə əməkdaşlıqda maraqlarını ifadə edib, şirkətə səfər etmək üçün ölkəmizə gəlmək istədiklərini bildiriblər.

“Lecheq Farm and Distillery” şirkətinin nümayiş etdirdiyi 53 illik qızılgül yağı bütün mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Şirkət digər xammal tədarükçüləri arasında davamlılığa və ictimaiyyətin iştirakı ilə bağlı sarsılmaz öhdəliyinə görə seçilir. Sahələri üzvi şəkildə becərilir və efir yağlarının zərərli kimyəvi maddələrdən, pestisidlərdən azad olmasını təmin edir. Təbii ekosistemi qoruyan və biomüxtəlifliyi təşviq edən davamlı əkinçilik üsullarına üstünlük verir. Şirkət elə əkin sahəsində yerləşən zavodu səmərəliliyi artırmaq və tullantıları minimuma endirmək üçün qabaqcıl texnologiyadan istifadə edir. Şirkət yerli icmanın rifahı ilə maraqlanır, məhsul mövsümünün qızğın vaxtında təxminən 1800 işçiyə iş imkanları təqdim edir və bununla da yerli iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəstəkləyir. “Lecheq Farm & Distillery” şirkətinin təşəbbüslərinə təhsil proqramları, səhiyyə və ətraf kəndlərdə infrastrukturun inkişafına töhfə verməkdə daxildir. Şirkət məhsul çeşidlərini ildən-ilə daha da zənginləşdirir. “Lecheq Farm and Distillery” beynəlxalq sərgilərdə və konqreslərdə iştirakı ilə istehsal gücünü artırır, qlobal miqyasda yeni bazarlar fəth edir.

Bir neçə ildir ki, Parisdə Avropanın ətriyyat sənayesi üzrə ən qədim və ən böyük peşəkar sərgisi – SİMPPAR-da iştirak edən “Lecheq Farm & Distillery” cari ilin mayında Fransanın dünyada çiçəklər və ətirlər paytaxtı kimi tanınan Qras (Grasse) şəhərində beynəlxalq sərgidə də xammal məhsullarını uğurla nümayiş edib.

Xatırladaq ki, “Lecheq Farm & Distillery” hələ 1950-ci illərdən mükəmməl iqliminə görə qızılgül becərilməsi mədəni irsinin tərkib hissəsi olan Zaqatalada bu irsi yenidən canlandırıb. 1990-cı ildə SSRİ-nin dağılması ilə fəaliyyətinə son qoymuş bu qızılgül sənayesi 2016-cı ildə yenidən “Lecheq Farm & Distillery” adı ilə fəaliyyətini bərpa edib və qısa müddətdə beynəlxalq səviyyədə layiqli yerini tutub.

 

Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxta qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb