Azərbaycan və Rusiya işgüzar dairələrinin görüşü keçirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və Rusiya Federasiyasının Krasnodar vilayəti sahibkarları arasında işgüzar görüş keçirilib. Görüşdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, İKT, qablaşdırma, tikinti, ticarət və sair sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, bunun üçün böyük potensialın olduğu vurğulanıb, işgüzar görüşlərin əlaqələrin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.
Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının, biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparılıb, hər iki ölkənin iş adamları təqdimatlarla çıxış edib.
Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]