Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu

III hissə

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoydu. Ulu öndərimiz Heydər Əliyev onu həmişə yüksək dəyərləndirirdi.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.

“Azərbaycan Xalq Cümhuriyyəti İli” - 2018-ci il həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir. 1918-ci ildə yaradılan Azərbaycan Ordusu ilə bağlı tarix elmləri doktoru, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, ehtiyatda olan polkovnik Mehman Süleymanovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” sərlövhəli məqaləsi Sərəncamda qeyd olunduğu kimi, ölkədə keçiriləcək silsilə tədbirlərin tərkib hissələrindəndir.

AZƏRTAC arxiv materialları əsasında hazırlanan yazının üçüncü məqaləsini təqdim edir.

Hərbi Nazirliyin rəhbərliyi 1918-ci ilin dekabrında bildirirdi ki, fərariliyin əsas səbəblərindən biri çağırış orqanlarının fəaliyyətinin düzgün qurulmaması ilə bağlıdır. Xidmətə yalnız rüşvət verib canlarını qurtara bilməyən şəxslər çağırılırdılar və bunun nəticəsi idi ki, qoşun hissələrində bir nəfər də olsa imkanlı adamın övladı yox idi. Yalnız Praporşiklər məktəbində imkanlı adamların övladlarına rast gəlmək olardı ki, onlar da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin əsas ağırlığı isə kasıbların üzərinə düşürdü.

1918-ci il dekabrın 25-də S.Mehmandarov hərbi xidmətə çağırışın yaxşılaşdırılması münasibətilə xalqa müraciət etdi. Həmin müraciət həm rus dilində, həm də Azərbaycan dilində çap edilərək əhali arasında yayıldı. Müraciətdə S.Mehmandarov türk qoşunlarının Azərbaycanda olduğu vaxt çağırış işində yol verilən nöqsanlara, hissələrdə əsgərlərə qarşı fiziki güc tətbiq edilməsinə, ağır məişət şəraitinə toxunmaqla bərabər, onların aradan qaldırılması üçün qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlanmasını vurğulayırdı: “İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları - istər fağır, istərsə də dövlətlini əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə də, böyük cəzaya düçar olacaqdır və burası da məlum olsun ki, əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti olacaq və hər bir əsgər üçün ayrı yorğan-döşək hazırlatmışam".

Həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Ordusunun yeni-yeni hissələrinin təşkilinə imkan verirdi. 1919-cu ilin əvvəllərində bu sahədə xeyli fəallıq duyulurdu. 1919-cu ilin yanvarında Gəncədə olan təlim taboru ləğv edildi və o, Gəncə alayının 2-ci taboruna çevrildi. Elə həmin ilin yanvarında bir zirehli qatarın şəxsi heyəti komplektləşdirilmişdi. Nazirlər Şurasının 1919-cu il 22 yanvar tarixli qərarı ilə Azərbaycan Korpusunun qərargahı ləğv edilərək onun zabitləri Hərbi Nazirliyin aparatına cəlb edildi, bir çoxu isə qoşunlarda xidmətin təşkilinə göndərildi. Qoşunların sayının artması ilə Ümumi Qərargahın tərkibində olan Ləvazimat şöbəsi də 1919-cu ilin əvvəllərində Ləvazimat İdarəsinə çevrilərək birbaşa hərbi nazirin tabeçiliyinə keçmişdi.

1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıldı. Hərbi Şuranın Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə kimi Müvəqqəti Hərbi Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələlərin müzakirəsi və müvafiq qərar qəbul edilməsi ilə məşğul olmalı idi. Onun tərkibinə piyada və süvari diviziyalarının rəisləri, Ümumi Qərargahın rəisi, Topçu, Ləvazimat və İstehkam idarələrinin rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi. Hərbi Şuranın iclasları hərbi nazirin, ya da onun müavininin sədrliyi ilə keçirilməli idi. Nazirliyin digər idarə və xidmət rəisləri onların xidmətlərinə aid olan məsələlərin müzakirəsi zamanı müvəqqəti Hərbi Şuranın iclaslarına dəvət edilə bilərdi.

Ordu quruculuğu daim inkişafda olan bir proses kimi götürülürdü. Bu inkişafa uyğun olaraq, ordunun strukturunda, idarəetmə orqanlarında müvafiq dəyişikliklər aparılır, ordunun möhkəmlənməsinə, döyüş hazırlığı səviyyəsinə, qoşun hissələrinin praktiki fəaliyyətinin yaxşılaşmasına təsir göstərə biləcək bütün amillər mütəmadi olaraq nəzərdən keçirilir və onların ən səmərəli cəhətlərinə üstünlük verilirdi.

Bunun nəticəsi kimi, 1919-cu ilin martında Azərbaycan Ordusunun idarəetmə orqanlarında mühüm bir keyfiyyət dəyişikliyi meydana gəldi. Hərbi nazirin əmri ilə martın 26-da Baş Ərkanı-Hərb (Generalnıy ştab) təsis edildi və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi təyin edildi. S.Mehmandarov bu strukturun yaradılmasını onunla əlaqələndirirdi ki, Ümumi Qərargah (Qlavnıy ştab) qoşunların həm təlim-tərbiyəsi, ordunun müharibəyə hazırlaşdırılması, həm də ordunun təsərrüfat məsələləri və gündəlik qayğıları ilə eyni vaxtda səmərəli məşğul ola bilmir. Ordu böyüdükcə onun təsərrüfat məsələləri, təchizat və təminat qayğıları da artırdı. Ona görə də ordunun təlim-tərbiyəsi, döyüş hazırlığı, müharibəyə hazırlaşdırılması və s. kimi vəzifələr yeni yaradılan Baş Ərkani-Hərbin səlahiyyətinə, təsərrüfat və təminat məsələləri isə Ümumi Qərargahın səlahiyyətinə verildi. General-leytenant M.Sulkeviç Baş Ərkani-Hərbin rəisi təyin edildikdən sonra ordu hissələrinin formalaşması daha ahəngdar xarakter aldı. Yəni, 2-ci Bakı piyada alayının formalaşdırılması sürətləndirildi, 3-cü Şəki süvari alayının təşkili tezliklə başa çatdırıldı.

Azərbaycan hökumətinin Azərbaycan xalqının idarəsini əks etdirdiyinə əmin olan müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin az saylı kontingentinin Bakıda da yerləşdirilməsinə icazə verdi. Martın 31-də hərbi nazirin əmri ilə Bakıda yerləşəcək hissə və bölmələr dəqiqləşdirildi. Həmin qüvvələrə bir piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə 1-ci Tatar süvari alayının komandiri polkovnik Ağalarov rəhbərlik edirdi. Polkovnik Ağalarova Bakı qarnizonunun rəisi vəzifəsi də həvalə olunmuşdu. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi.

Bakıya Azərbaycan qoşun hissələrinin daxil olması münasibətilə hərbi nazir S.Mehmandarov da Bakıya gəldi. Şəhər əhalisi Azərbaycan Ordusunun qoşun hissələrini çox böyük təntənə ilə qarşıladı. 1919-cu ilin yayında və payızında Azərbaycan Ordusu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirildi. Bu dövr qoşun hissələrinin yaradılmasında ən məhsuldar dövr sayıla bilər. İngilis qoşunlarının Azərbaycan ərazisini tərk etməsinə başlaması ilə 1919-cu ilin iyunun son günləri və iyulun əvvəllərində Hərbi Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü. Hərbi Nazirliyin aparatı, Ümumi Qərargah və Baş Ərkani-Hərb Bakıda Krasnovodsk və Merkuri küçələrinin (indiki S.Vurğun küçəsi ilə və Azərbaycan prospektinin) kəsişməsindəki binada yerləşdirildi.

1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakı istehkamat hissəsi (Bakinskiy ukrepleniy rayon) idi. Bu strukturun yaradılmasında başlıca məqsəd şimaldan, xüsusən dənizdən ehtimal olunan Denikin təhlükəsinin qarşısını almaq və bütünlüklə Bakının etibarlı müdafiəsini təşkil etmək idi. Bu məsələ ilə bağlı hərbi nazir S.Mehmandarovun yazdığı raport 1919-cu il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsinin iclasında müzakirə edildi və nazirin qaldırdığı vəsatətin məqsədəuyğunluğu barədə qərar qəbul olundu. Qərarda Bakı istehkamat hissəsinin rəisi vəzifəsini təsis etmək, bu vəzifəni şəhərin hərbi general-qubernatoru vəzifəsi ilə birləşdirmək, Bakı şəhər rəisliyi ərazisini ona tabe etmək əksini tapmışdı.

Ümumiyyətlə, ordu quruculuğu istiqamətində aktuallıq kəsb edən məsələlərə operativ yanaşılması baxımından Dövlət Müdafiə Komitəsinin yaradılması hökumət tərəfindən qəbul edilmiş əhəmiyyətli qərarlardan biri idi. Nazirlər Şurasının sədri tərəfindən sədrlik edilən bu orqan reqlament gözləmədən zərurət yarandıqca vaxtaşırı çağırılır və lazımi qərarlar qəbul edilirdi. Ölkənin müdafiəsinin təşkili ilə bağlı ali dövlət orqanı olan Dövlət Müdafiə Komitəsi fəaliyyətində iki cəhəti üzvi şəkildə birləşdirirdi. Bu orqan hərbi quruculuq sahəsində həm zəruri olan qərarları qəbul edir, həm də özü bu qərarların icrasını təşkil edirdi.

Ölkədə hərbi quruculuğun praktiki məsələlərinin reallaşdırılmasında Nazirlər Şurasının özünün də xüsusi yeri var idi. Respublikanın müdafiəsinin gücləndirilməsi üçün Nazirlər Şurası həm ölkənin daxili imkanlarını səfərbərliyə alır, həm də fəal xarici siyasət yeridirdi. Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müdafiə qabiliyyətini gücləndirmək, onun ərazi bütövlüyünün toxunulmazlığına nail olmaq həyata keçirilən xarici siyasətin aparıcı xəttini təşkil edirdi. Bu baxımdan həm müttəfiq dövlətlər, həm nüfuzlu dünya dövlətləri ilə, həm də yaxın qonşularla qarşılıqlı əlaqələrin qurulmasına cəhd göstərildi. Başlıcası isə Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq gücləndirildi və bu əməkdaşlığı nizamlayan hüquqi baza kimi iki respublika arasında 1919-cu il iyunun 16-da hərbi saziş imzalandı. Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər naziri M.Cəfərov, hərbi nazir S.Mehmandarov və Baş Ərkani-Hərbin rəisi M.Sulkeviç imzalayıblar. Tiflisdə üç il müddətinə imzalanmış həmin sazişin əsas mahiyyəti bundan ibarət idi ki, respublikaların hər hansı biri xarici müdaxiləyə məruz qalacağı tədbirdə digər respublika ona mümkün köməyi göstərməlidir. Müqaviləyə əsasən, iki həftə ərzində Ermənistana da bu sazişə qoşulmaq hüququ verilirdi. Ancaq Azərbaycan torpaqlarına göz dikən Ermənistan bu müqaviləyə qoşulmadı.

IV hissə

Bu sazişdən əlavə iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında da sənəd imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana dəyərli kömək göstərdi. Bu respublikadan gətirilmiş olan silah, sursat və təchizat Azərbaycanın qoşun hissələrini, o cümlədən şimal sərhədini qoruyan qoşun bölmələrinin maddi-texniki imkanlarını xeyli yaxşılaşdırdı.

1919-cu ilin avqustunda kifayət qədər formalaşmış hərbi hissələr Lənkəran bölgəsinin Azərbaycan hökumətinə tabe olmayan qüvvələrdən təmizlənməsi üzrə ilk irimiqyaslı döyüş tapşırığının yerinə yetirilməsində iştirak ediblər. Bu barədə Hərbi Nazirlik Azərbaycan hökumətindən hələ 1919-cu il iyulun əvvəllərində göstəriş almışdı. Həmin vaxt bölgədə nəzarət bolşevik qüvvələrinin əlində idi. Lakin onların elan etdikləri “Muğan Sovet Respublikasının” ömrü uzun olmadı. Ağqvardiyaçı rus zabitlərinin rəhbərliyi altında olan qüvvələr iyulun 24-25-də Lənkəranın mühüm obyektlərini yenidən nəzarət altına aldılar. İyulun 26-da Prişibdə özlərinin qurultayını çağıran ağqvardiyaçılar bölgədə öz hakimiyyətlərini bərpa etdiklərini bildirdilər. Bu qüvvələri bölgədən sıxışdırıb çıxarmaq və Azərbaycan Xalq Cümhuriyyətinin səlahiyyətlərini bərqərar etmək üçün Lənkəran dəstəsi yaradıldı.

1919-cu il avqustun əvvəllərində Lənkəran dəstəsi artıq formalaşdırılmış və hərəkət üçün müəyyən hazırlıq görülmüşdü. Bununla bağlı avqustun 4-də hərbi nazir müvafiq əmr imzaladı. Həmin əmrlə dəstənin komandanlığı Ümumi Qərargahın rəisi, general-mayor Həbib bəy Səlimova həvalə olundu və ona Hacıqabul, Salyan, Pokrovsk, Prişib və Lənkəran marşrutu ilə Lənkəran qəzasına hərəkət etmək və orada qayda-qanunu bərqərar etmək tapşırılmışdı.

Dəstənin tərkibinə 5-ci Bakı piyada alayı, 3-cü Şəki süvari alayı, 2-ci yüngül topçu, 6-cı dağ topçu və əlahiddə haubitsa batareyaları, istehkam və zirehli maşınlar taqımları daxil idi.

Hacıqabulda toplaşan Lənkəran dəstəsi avqustun 13-də Lənkərana doğru hərəkətə başladı. Dəstənin qarşısına qısa müddətdə bölgədəki silahlı qüvvələri tərk-silah etmək vəzifəsi qoyulmuşdu. Dəstənin qətiyyətli və çevik fəaliyyəti ilə sentyabrın 3-də bu vəzifə müvəffəqiyyətlə yerinə yetirildi və bölgədəki rus qüvvələri tərk-silah edildi. Hərbi nazir S.Mehmandarov Lənkəran dəstəsinin fəaliyyətinin nəticələri ilə bağlı 1919-cu il 19 sentyabr tarixli 420 saylı əmr imzaladı. Əmrin ikinci bəndində deyilirdi: “Lənkəran şəhərinin tutulması, həmin rayonda qayda-qanunun bərpa edilməsi və Azərbaycan hökumətinin təsdiq edilməsi üçün mənim tərəfimdən Lənkərana Ümumi Qərargah rəisi, general-mayor Səlimovun komandanlığı altında üç qoşun növündən ibarət xüsusi dəstə təchiz edilib göndərilmişdi.

Hacıqabuldan Lənkərana və geriyə olan 430 verstlik məsafəni güclü istidə bizim gənc ordumuz xəstələr və arxada qalanlar olmadan 15 günə qət edib. Bütün yürüş ərzində dəstədə qayda-qanun pozulmayıb, yerli sakinlərdən heç birinə kiçik bir ziyan da vurulmayıb. Yolboyu şəhər və kəndlərin əhalisi dəstənin zabit və əsgərlərinin nəzakətli davranışlarını böyük minnətdarlıqla qeyd edirdilər. Mən buna dəstənin Lənkərandan getməsindən sonra şəxsi səfərim zamanı əmin oldum. Hamıda əsl hərbi görkəmi və nümunəvi nizam-intizamı ilə güclü təəssürat yaradan dəstə zəngin hərbi qənimətlə Lənkəran qəzasını və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi. Bütün bunlar bir damla qan tökülmədən həyata keçirildi. Azərbaycan Ordusunun birinci hərbi yürüşündə özlərini qoçaq və şərəfli döyüşçü kimi göstərən gənc əsgərlərə ürəkdən “sag ol” deyirəm”.

Tərk-silah zamanı əhalidən və Muğan qüvvələrindən 22 top alındı. Həmin topların 20-si tam işlək, 2-si sökülmüş vəziyyətdə idi. Bundan başqa, 25 ədəd tam işlək pulemyot və 7 ədəd işləməyən pulemyot toplanmışdı.

Lənkəran dəstəsinin cənub bölgəsində fəaliyyəti ərzində yuxarıda göstərilən silahlardan başqa Muğandakı qüvvələrdən və rus əhalisindən 517 berdanka tüfəng, 93 türk tüfəngi, 382 ov tüfəngi, 289 ədəd müxtəlif silahlar, 36 süngü, 670 ingilis patronu, 12 min 454 berdanka patronu, 26 səhra bombası, 3 aeroplan bombası, 15 qılınc və 40 xəncər alınmışdı. Bütün bu silahlar sonradan Lənkəranda təşkilinə başlanan köməkçi tabora təhvil verilmişdi.

1919-cu ilin sentyabrında Bakı hərbi limanının, təyyarə dəstəsinin, zirehli avtomobillər taqımının, mövqe batareyasının ştatlarının hazırlanmasına başlandı. Sentyabrın 14-dən təyyarə dəstəsinin və zirehli avtomobillər dəstəsinin, sentyabrın 24-dən mövqe batareyasının, oktyabrın 1-dən isə “Astarabad” hərbi gəmisinin ştatları qüvvədə sayıldı.

6-cı Göyçay piyada alayının formalaşdırılması da böyük sürətlə aparılırdı. Qışlıqların çatışmaması, geyim, ərzaq çətinliklərinin olmasına baxmayaraq, 1919-cu il oktyabrın sonuna qədər alayın təşkili demək olar ki, başa çatdırıldı.

Formalaşma prosesinin necə getməsi barədə hissə komandirləri mütəmadi olaraq hesabat verirdilər. Həmin hesabatlar həm diviziya komandirinə, həm Ümumi Qərargaha, həm də Baş Ərkani-Hərbə göndərilirdi. Hissə komandirləri komplektləşmənin, silah və texnika ilə təchizatın vəziyyəti, işlək silahların miqdarı, xarab silahların bərpası, şəxsi heyətin əhval-ruhiyyəsi, ərzaq, geyim və tibbi vəziyyəti, təlim-tərbiyənin gedişi, fərariliyin vəziyyəti, qoşunların yerləşdirilməsi və sənədləşmənin aparılması barədə yuxarı orqanlara məlumat verməli idilər. Bütün bu məsələləri özündə birləşdirən xüsusi hesabat forması hazırlanmışdı ki, onların öyrənilməsi rəhbər orqanlara formalaşma prosesini daimi nəzarət altında saxlamaq imkanı verirdi.

1919-cu ilin sonuna kimi Lənkəran köməkçi (ehtiyat) taboru alaya çevrilərək 7-ci Şirvan alayı adlandırıldı, Bakı istehkamat hissəsinin müdafiə taboru yaradıldı, süvari, piyada alaylarının, əlahiddə taborların və hərbi məktəbin döyüş bayraqlarının təsviri təsdiq edildi.

1919-cu ilin sonlarından etibarən qoşun hissələri, əlahiddə taborlar və hərbi məktəb üçün döyüş bayraqlarının tətbiqinə başlandı. Bu bayraqlar da milli dəyərlər əsasında hazırlanmışdı və onun verildiyi hissənin Azərbaycan Ordusuna məxsusluğunu təsdiq edirdi. Bayraqlar eyni təsvirə malik idilər. Onların layihəsinin hazırlanması nazirliyin hərbi topoqrafiya şöbəsinə tapşırılmışdı. Həmin layihə hazırlanarkən milli simvolların istifadəsinə, milli ənənələrə bağlı müəyyən elementlərin tətbiqinə xüsusi diqqət yetirilmişdi.

Döyüş bayrağı - parça, lent, ucluq, ağac və dəstəkdən ibarət idi. Parça gümüşü saçaqlarla tamamlanan, kənarlarına naxış vurulmuş mavi rəngli stof ipəkdən və atlasdan ibarət idi. Bayrağın o biri üzünün naxışı görünməsin deyə parça ikiqat bükülmüşdü. Yuxarı sol küncündə gümüşü saplarla səkkizguşəli ulduz və aypara çəkilmişdi. Bayrağın kənarı ilə işlənmiş naxış Şərqin böyük sərkərdəsi Əmir Teymurun Səmərqənd şəhərindəki qəbrinin üzərində olan təsvirdən götürülmüşdü və Azərbaycan Ordusunun döyüş bayrağında Şərqin qəhrəmanlıq ənənələrinə sadiqliyini təcəssüm etdirirdi. Bayrağın bir üzündə ərəb hərfləri ilə “Azərbaycan” sözü, o biri üzündə isə Qurandan ayə - “Nəsri min Allah və fəthi qərib” (Allahdan kömək olarsa qələbə yaxındadır) yazılmışdı. Bayrağın lentləri 15 santimetr enində yaşıl və qırmızı parçadan hazırlanmışdı və ucluqları 10 santimetr uzunluğunda saçaqlarla tamamlanmışdı. Qırmızı lentin üzərində gümüşü saplarla 7 ox olan ox qabı, nizə və iki yay çəkilmişdi. Yaşıl lentin üzərində də gümüşü saplarla içində 7 ox olan ox qabı, iki yay, boncuq və Əmir Teymurun nizəsinin rəsmi işlənmişdi. Lentlər bayraq ağacının yuxarısına düyünlənirdi. Bayrağın ucluğu 5 hissədən ibarət idi: klnus, silindr, kürə (şar), kəsik elliposid və nizə. Bayraq ağacı 2,6 metr uzunluğunda və 3,7 santimetr diametrində olmalı idi. Dəstək gümüşü silindrdən ibarət olub, bayraq ağacının qurtaracağına taxılırdı. Dəstəyin aşağı və yuxarı qurtaracağı 2,5 millimetrlik qızılı haşiyə ilə əhatə edilmişdi. Daha sonra 1,5 millimetr enində qızılı haşiyə ilə tamamlanmış mavi mina var idi. Qızıl haşiyənin arasında yuxarı künclərdə Azərbaycan ulduzları nəqş olunmuş, aşağı künclərdə isə qızıldan aypara ziqzaq, daha sonra bayrağın rəngləri ilə boyadılmış, kürəciklərlə bəzədilmiş qabarıq gümüşü halqadan keçirdi. Dəstəyin gümüşü hissəsində bayrağın məxsus olduğu hissənin adı və həmin hissənin yaranma tarixi həkk edilmişdi.

Döyüş bayrağının təsvirinin elan edilməsi ilə bağlı nazirin əmrində deyilirdi ki, təsdiq olunmuş layihənin əsasında indiki dövrdə xalqın milli şüurunun inkişafı, məscid və kitablarda, habelə Əmir Teymur və onun davamçıları tərəfindən inşa edilmiş tikililərdə əks olunmuş qədim memarlıq nişanələri dayanmışdı ki, onlar indi 8-ci Ağdaş piyada alayının və Zəngəzurda yerli əhalidən ibarət xüsusi hərbi hissələrin formalaşdırılması ilə başa çatdırıldı.

Bütün bu təşkilatı işləri həyata keçirməklə Hərbi Nazirlik 1919-cu ilin sonunadək Azərbaycan Ordusunun şəxsi heyətinin sayını 5 min nəfərə çatdırmalı idi. Nəzərdə tutulmuşdu ki, ilin sonunadək atların sayı 10 min baş olacaq.

Ordunun sayının il ərzində iki dəfə artırılmasına nail olmaq üçün 1920-ci ilin elə ilk günlərindən çox geniş quruculuq işlərinin aparılması planlaşdırıldı. Tərtib edilmiş fəaliyyət planına görə il ərzində aşağıdakı hissələr yaradılmalı idi:

- 9-cu piyada alayı;

- 9-cu piyada alayının yaradılması ilə 3-cü piyada diviziyasının qərargahı təşkil edilməli, 7-ci Sirvan, 8-ci Ağdaş və 9-cu piyada alayları bu diviziyaya tabe etdirilməli idi;

- 4-cü süvari alayı;

- iki haubitsa batareyası;

- haubitsa divizionunun qərargahı;

- bir dağ-süvari batareyası;

- dağ-süvari divizionunun qərargahı;

- üç batareyadan ibarət yüngül səhra divizionu və onun qərargahı;

- hər biri bir bölük həcmində olan dörd məhəlli komanda və hər biri yarım bölükdən ibarət üç məhəlli komanda. Bu məhəlli komandalar səfərbərlik idarələrinin yanında yaradılmalı və çağırışçıların xidmət yerinə çatdırılması ilə məşğul olmalı idi.

Bütövlükdə qısa müddət ərzində döyüşkən və hazırlıqlı ordu yaratmaq mümkün oldu və bu ordunun köməyi ilə 1920-ci ilin Novruz bayramı günlərində Qarabağ ətrafında başlanan kütləvi erməni hərbi təcavüzünün qarşısını almaq mümkün oldu.

X X X

Ümumilikdə, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təşkili Azərbaycanın hərb tarixində və bütünlükdə Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki hər şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda nizami ordu quruculuğunun əsası qoyuldu və Azərbaycanda silahlı qüvvələr quruculuğu tarixində xarakter etibarı ilə tamamilə yeni bir səhifə açıldı. XX əsrin əvvəllərində yenidən reallığa çevrilən Azərbaycan Ordusu quruculuğu yeni və mütərəqqi dəyərlər üzərində aparılırdı və həmin dəyərlər şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyətindən irəli gəlirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun ən yaxşı ənənələri bizim müasir və güclü ordumuzun simasında öz əksini tapıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən tarixi reallığa çevrilən və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yüksək səviyyəsinə çatan Azərbaycan Ordusu təchizat səviyyəsinə, döyüş hazırlığına, şəxsi heyətinin mənəvi keyfiyyətinə, idarəetmə strukturlarının peşəkarlığına görə dünyanın ən güclü ordularından biridir. Son illər Azərbaycan Ordusunun siması tamamilə dəyişib. Bu ordu xalqımızın sevinc, qürur və güvənc yerinə, Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə qadir olan orduya çevrilib. 2016-cı ilin aprel döyüşləri də bunu nümayiş etdirdi. Həmin döyüşlərin uğurları bizim böyük qələbəmizin başlanğıcıdır. Bu uğurun sona çatdırılacağı gün isə heç də uzaqda deyil. Azərbaycan Ordusunun gücü bizdə belə bir əminlik yaradır.

Ehtiyatda olan polkovnik Mehman Süleymanov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının

Adyunktura və elm şöbəsinin hərb tarixi

üzrə dosenti, tarix elmləri doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib