AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ TABLO TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Rəssamlar İttifaqının üzvü Arif Məmmədovun “Cümhuriyyət xadimlərinin Gəncədə qarşılanması” adlı tablosu təqdim edilmiş və Cümhuriyyət xadimlərinin varisləri ilə görüş keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Firdovsiyyə Əhmədova, Cümhuriyyət xadimlərinin varisləri və başqaları çıxış edərək 23 ay yaşamış demokratik respublikanın şərəfli tarixindən danışmışlar.
Bildirilmişdir ki, 1918-ci il may ayının 28-də xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni və mühüm bir səhifə açılmış, Şərqdə ilk demokratik respublika və türk dünyasında ilk dünyəvi dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. İlk milli Azərbaycan demokratik dövlətinin yaranması xalqımızın azadlıq, müstəqillik və demokratiya uğrunda apardığı milli azadlıq mübarizəsininin nəticəsi idi.
Tədbirdə “Cümhuriyyət xadimlərinin Gəncədə qarşılanması” adlı tablo təqdim edilmişdir. Tablonun müəllifi rəssam Arif Məmmədov əsər haqqında məlumat vermişdir.
Tablo Tbilisidən gələn Milli Şura üzvlərinin Gəncədə qarşılanma mərasimini əks etdirir.
Tədbirdə son bir il ərzində Cümhuriyyət tarixini geniş işıqlandıran bəzi kütləvi informasiya vasitələrinin nümayəndələrinə Cavad xan adına “Tarix və mədəniyyət fondu”nun təsis etdiyi fəxri diplomlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]