Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir. Arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə 13, Tovuz, Kişçayda (Şəki) 11, Goranboyda 8, Göygöldə 6, Qax, Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab,Tərtər, Yardımlıda 3, Ordubad, Ağdam, Balakəndə 2, Sədərək, Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar, Qrız, Göyçay, Naftalan, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrədək qeydə alınır.
İyunun 10-da saat 20:10 radələrində Kəlbəcər rayonuna, saat 21:23-21:30 radələrində Gədəbəy rayonuna diametri 18 millimetr olan, saat 21:12 radələrində rayonun Düzyurd, Aytala, Gərgər, Qarıkənd, Yenikənd, Maarif, Qaradağ, Arıqdam kəndlərinə, saat 22:05-22:07 radələrində Daşkəsən rayonuna diametri 15 millimetr olan, eyni zamanda, rayonun Quşçu, Xoşbulaq kəndlərinə, saat 22:20 radələrində Qazax rayonuna, iyunun 11-i səhər saatlarında isə Göygöl rayonuna xırdadənəli dolu düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]
Bəzi rayonlarda yağış yağıb, hazırda Bakıda və bölgələrdə külək əsir
- 05.08.2026 [17:01]