SİYASƏT
AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNİ 30-DAN ÇOX ÖLKƏNİN VƏ BİR SIRA BEYNƏLXALQ TƏŞKİLATLARIN MÜŞAHİDƏÇİLƏRİ İZLƏYƏCƏKLƏR
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, D.Bulaxov Bakıya bu səfərin əsas məqsədinin Azərbaycanda prezident seçkilərində MDB müşahidəçilərinin iştirakı ilə bağlı məsələlərin müzakirəsi olduğunu söyləmiş, MDB İcraiyyə Komitəsinin seçkilərə böyük əhəmiyyət verdiyini və Müstəqil Dövlətlər Birliyi müşahidəçilərinin seçkiləri fəal izləyəcəklərini vurğulamışdır.
V.Quliyev qonaqlara qarşıdakı seçkilər haqqında ətraflı məlumat verərək demişdir ki, Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə möhkəm siyasi sabitlik və dönməz iqtisadi inkişaf təmin olunmuşdur. Əldə etdiyimiz bu nailiyyətləri gələcəkdə də qoruyub saxlamaq ən vacib məsələlərdən biridir.
Nazir həmçinin, 30-dan çox ölkədən və bir çox beynəlxalq təşkilatlardan müşahidəçilərin dəvət olunduğunu bildirmiş və seçkilərin şəffaf və demokratik prinsiplərə uyğun keçəcəyinə əminliyini vurğulamışdır.
Daha sonra nazir Azərbaycanın ictimai-siyasi həyatı, demokratik islahatların gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.