Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu Günləri uğurla başa çatıb

Bakı, 13 aprel, AZƏRTAC 

Bakıda keçirilmiş Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu Günləri maraqlı tədbirlərlə yadda qalıb. “Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rektoru, Mədəniyyət və İncəsənət Tədris Müəssisələri Assosiasiyasının prezidenti, Rusiyanın Əməkdar mədəniyyət işçisi, Rusiya Təhsil Akademiyasının akademiki Vladimir Malışevin rəhbərlik etdiyi professor, müəllim və tələbələrdən ibarət 40 nəfərlik nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə bu ali təhsil müəssisəsinə gələn qonaqları ali məktəbin kollektivi Azərbaycanın adət-ənənələrinə uyğun olaraq milli musiqinin sədaları altında xonçalarla qarşılayıb. Sonra tədbirin açılış mərasimi və mətbuat konfransı keçirilib. Mərasimdə çıxış edən rektor, professor Ceyran Mahmudova dünyanın ilk kino məktəbinin nümayəndə heyətini ADMİU-da qarşılamaqdan məmnunluğunu bildirib, onlara universitetin tarixi, fəaliyyəti və tədris prosesi barədə məlumat verib. Tədbirdə iki ali təhsil müəssisəsi arasında təcrübə mübadiləsini, müxtəlif sahələrdə əlaqələri nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, yaxın gələcəkdə ali məktəblər arasında tələbə və müəllim mübadiləsi, yay məktəblərinin, ustad dərslərinin, seminar və treninqlərin keçirilməsi nəzərdə tutulub.

Səfər çərçivəsində iki ustad dərsi keçirilib. Universitetin Vernisaj zalında ÜDKİ-nin rəssamlıq fakültəsinin müəllimlərinin və tələbələrinin işlərindən ibarət sərgi açılıb. Rusiyanın Əməkdar rəssamı Valeri Arxipovun rəhbərliyi ilə “Kino istehsalatında rəssam işinin spesifikası” mövzusunda təşkil olunan ustad dərsində ADMİU-nun rəssamlıq fakültəsinin tələbələri iştirak ediblər. ÜDKİ-nin animasiya və multimedia fakültəsinin dekanı, “Multimedia rejissurası” emalatxanasının rəhbəri, dosent Yelena Yaremenko tərəfindən keçirilən “Animasiya texnologiyaları və multimedianın yeni imkanları” ustad dərsində isə ADMİU-nun kino və televiziya fakültəsinin tələbələri iştirak ediblər.

Sonra hər iki ali məktəbin tələbələri ilə birgə “Səhnə hərəkətinin əsasları” adlı məşğələ keçirilib. Aktyor sənəti kafedrasının professoru Aydar Zakirov və Xalq artisti Pərviz Məmmədrzayevin rəhbərliyi ilə keçirilən məşğələdə rus və azərbaycanlı tələbələr birlikdə səhnə hərəkətinə dair təmrinlər, çalışmalar yerinə yetirib, təcrübələrini bölüşüblər.

Daha sonra ADMİU-nun kiçik zalında ÜDKİ-nin ADMİU-dakı kinoklubunun açılışı olub. ÜDKİ-nin yaradıcılıq emalatxanasının rəhbəri, professor Kirill Razloqovun rəhbərliyi ilə keçirilən tədbirdə Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev moskvalı həmkarını müşayiət edib. Sonra universitetin böyük səhnəsində ÜDKİ-nin və ADMİU-nun aktyor sənəti fakültələrinin tələbələrinin birgə hazırladığı “İlham” adlı klass-konsert təşkil olunub.

Günün sonuncu tədbiri Rusiyanın Xalq artisti, SSRİ Dövlət Mükafatı və “Oskar” mükafatı laureatı Vladimir Menşovun yaradıcılıq gecəsi keçirilib. V.Menşov pərəstişkarları ilə görüşdə filmlərindən, yeni yaradıcılıq planlarından danışıb, doğulub boya-başa çatdığı Bakı haqqında xatirələrini bölüşüb.

Növbəti gün metodik məsələlər və təcrübə mübadiləsinə həsr olunan dəyirmi masa ilə başlayıb. ADMİU-nun tədris işləri üzrə prorektoru Validə Məmmədovanın moderatorluğu ilə keçirilən dəyirmi masada ÜDKİ-dən V.Arxipov, A.Zakirov, İ.Klebanov, K.Kuznetsova, V.Menşov, K.Razloqov, Y.Rusinova, V.Xotinenko, T.Yakovleva və Y.Yaremenko, ADMİU-dan isə R.Quliyev, O.Mir-Qasım, A.Mir-Qasım, C.Quliyev, A.Salayev, H.Ömərova, S.Mikayılova, S.Kərimova, A.Əziz, İ.Ağayev və M.Məmmədli iştirak ediblər.

Sonra hər iki ali məktəbin tələbələrinin “Aktyor rejissorun əsas ifadə vasitəsi kimi. Kastinq problemləri” mövzusunda birgə məşğələsi keçirilib. Məşğələni ÜDKİ-nin aktyor sənəti kafedrasının müdiri, səhnə danışığı kafedrasının dosenti, rejissor Kseniya Kuznetsova aparıb.

ADMİU-nun kiçik zalında “Kinooperator sənətində işıq” ustad dərsi keçirilib. ÜDKİ-də yaradıcılıq emalatxanasının rəhbəri, Rusiyanın Xalq artisti İqor Klebanovun keçdiyi ustad dərsini kino və televiziya fakültəsinin tələbələri dinləyiblər.

Nizami Kino Mərkəzində “Müasir texnologiyaların kino prosesinə təsiri” mövzusunda ustad dərsini isə ÜDKİ-nin bədii film rejissurası kafedrasının müdiri, Rusiyanın Xalq artisti Vladimir Xotinenko və yaradıcılıq emalatxanasının rəhbəri, Rusiya Kinematoqraflar İttifaqının üzvü Tatyana Yakovleva keçib.

Günün sonuncu tədbiri isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunan ÜDKİ-nin “Beş axşam” tamaşası olub. Rusiyanın Xalq artisti Vladimir Fokinin A.M.Volodinin əsəri əsasında quruluş verdiyi tamaşada moskvalı tələbələr Marina Lebedova (Tamara), Kirill Novışev (İlyin), Yevgeni Nevar (Slava), İrina Rura (Katya), Anastasiya Şukeviç (Zoya), Adam Nexay (Timofeev) çıxış ediblər.

Növbəti gündə qonaqlar ADMİU-nun Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi mədəni proqram çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda, Xalça Muzeyində və şəhərin digər tarixi məkanlarında olublar. ÜDKİ-nin nümayəndələri, həmçinin S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında nümayiş olunan “Səmavi” tamaşasına baxıblar. Müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun “Səmavi və ya onun həyatından dörd saat” pyesi əsasında hazırlanan monotamaşanın quruluşçu rejissoru ADMİU-nun tələbəsi Raulya Türkkandır. Tamaşada yeganə rolu ADMİU-nun tələbəsi Milana Sokolenko ifa edib.

Beləliklə, maraqlı görüşlərlə, yeni tanışlıqlarla zəngin olan Azərbaycanda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu Günləri başa çatıb. Qonaqlar Azərbaycandan gözəl təəssürat və xoş xatirələrlə ayrılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya 34 qutu sənəd təqdim edib

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub

Hesablama Palatanın iclasında kənar dövlət maliyyə nəzarəti tədbirlərinin başlanılması ilə bağlı proqramlar təsdiqlənib

Naxçıvanda IV siniflər üzrə monitorinqdə 4300-dən çox şagird iştirak edir - FOTOLAR

Dünya Bankı: Mayda “Brent”in orta qiyməti 107,5 dollar, “Light”ın isə 99,1 dollar olub

Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb

UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarını bərpası davam etdirilir

Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib

Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu nəzərdən keçirilib

Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Fransa tərəfindən saxlanılan Rusiyanın “Tagor” tankerinin kapitanı sərbəst buraxılıb

Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar və perspektivlər yaradır ŞƏRH

BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir

Bu ilin beş ayında dövlət büdcəsindən vətəndaşlara 122 milyon manat geri qaytarılıb

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb

Qızıl həftəni itkilərlə başa vurur

® “AccessBank” müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” keçiriləcək

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb

XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib

Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır

Azərbaycan enerji sektorunda regionun əsas mərkəzlərindən birinə çevrilib ŞƏRH

Prezidentlər Mirziyoyev və Putin Özbəkistan AES-in 1-ci enerji blokunun tikintisinə start veriblər

Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Seçmə mərhələ: Qadın futbolçulardan ibarət Azərbaycan yığması Macarıstana qarşı

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Heç kəsə bənzəməyən imza – Vaqif Səmədoğlu

Azərbaycan velosipedçiləri Avropa çempionatına hazırlıq çərçivəsində beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb

Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir

Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub

DİM: qəbul imtahanının 2-ci cəhdində iştirak üçün 28 minədək abituriyent qeydiyyatdan keçib

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Ekspert: Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilən hüquqi sənədlər müsbət nəticələr verir

Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

MDU-nun rektoru: Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir

Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaqla bağlı qanun layihəsini qəbul edib

“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı addımlar nəzərdən keçirilib

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişaf istiqamətində təcrübə mübadiləsi aparılıb

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib