AZƏRBAYCANDA XARİCİ TİCARƏT DÖVRİYYƏSİNİN HƏCMİ 2,7 MİLYARD DOLLARDIR
Cari ilin 7 ayı ərzində Azərbaycanın hüquqi və fiziki şəxsləri 111 xarici ölkədən olan tərəfdaşları ilə 2,7 milyard dollar məbləğində xarici ticarət əməliyyatları aparılmışdır. İxrac 1,4 milyard dollar, idxal isə 1,3 milyard dollar təşkil etmiş, ölkə üzrə müsbət xarici ticarət saldosu 9,1 milyon dollar olmuşdur. Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,3 faiz artmışdır.
İxrac-idxal əməliyyatlarının 48,4 faizi Avropa Birliyi, 21,6 faizi MDB ölkələri ilə, 30 faizi isə digər dövlətlərlə həyata keçirilmişdir. İxracın 88,7 faizini, idxalın isə 40,1 faizini mineral ehtiyatlar, maşınlar, elektrotexnika avadanlığı təşkil etmişdir.