Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadədən
Hörmətli cənab Prezident,
Sizi doğum gününüz münasibətilə Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli və dinamik inkişafını təmin etmişdir. Bu gün ölkəmizdə həyata keçirilən islahatlar və müxtəlif sahələrdə aparılan quruculuq işləri, siyasi sabitlik doğma Azərbaycanımızı daha da qüdrətləndirir. Məhz bu strategiyanın nəticəsidir ki, əldə olunmuş nailiyyətlər, eyni zamanda, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi və ölkəmizin dünya birliyində layiqli yer tutması ilə müşahidə olunmaqdadır.
Azərbaycan ilə bağlı tarixi həqiqətlərin, müstəqillik dövrünün uğurlarının beynəlxalq aləmdə, o cümlədən Balkanlarda təbliğ olunması naminə Mərkəzimizin apardığı fəaliyyət Sizin qətiyyətli və çevik xarici siyasət kursunuzdan ilham alır.
Möhtərəm cənab Prezident, ad gününüz münasibətilə bir daha Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirik.
Dərin hörmət və ehtiramla,
Zərifə Əlizadə
Azərbaycanın Belqraddakı
Mədəniyyət Mərkəzinin sədri