Azərbaycanın cüdo üzrə yığma komandalarında məşqçi təyinatları olub
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycanın cüdo üzrə yığma komandalarında məşqçi təyinatları olub.
AZƏRTAC xəbər verir ki, Elxan Məmmədov gənclərdən ibarət millimizə baş məşqçi təyin edilib. Dünya və Avropa çempionu, yığma komandanın sabiq məşqçisi 5 aylıq fasilədən sonra yenidən məşqçiliyə qayıdıb. E.Məmmədova Elxan Rəcəbli və Rüstəm Alimli kömək edəcəklər.
Böyüklərdən ibarət yığma komandada Mövlud Mirəliyev baş məşqçi, Elçin İsmayılov məşqçi kimi işini davam etdirəcəklər. Mehman Əzizov və Zaur Babayev də yığmanın məşqçiləri kimi fəaliyyət göstərəcəklər.
Ramiz Ramizzadə yeniyetmələrdən ibarət millimizdə baş məşqçiliyini davam etdirəcək. Nicat Şıxəlizadə və Emin İsgəndərov onun köməkçiləri kimi işləyəcəklər.
Qadınlardan ibarət yığmamızın baş məşqçisi Rəşad Məmmədov, köməkçisi İmamverdi Məmmədov olacaq. Gənclərdə isə onun köməkçiləri Vüqar Hüseynov, Kifayət Qasımova, yeniyetmələrdə isə Elnur İsmayılov olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]