Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ TORPAQLARI AZAD EDİLMƏYİNCƏ, ERMƏNİSTANLA HƏR HANSI ƏLAQƏLƏRDƏN SÖHBƏT GEDƏ BİLMƏZ

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİİLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUNRUSİYALI HƏMSƏDRİNİ QƏBUL ETMİŞDİR

Sentyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev ATƏT-in Minsk qrupunun Rusiyadan yeni təyin olunmuş həmsədri Yuri Merzlyakovu qəbul etmişdir. Baş nazir İLHAM ƏLİYEV qonağı səmimiyyətlə salamlayaraq dedi: -Sizi bu məsul vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirəm. Bilirsiniz ki, Azərbaycanda biz ATƏT-in Minsk qrupunun fəaliyyətini böyük ümidlə izləyirik, yaxşı nəticələr gözləyirik. Gözləyirik ki, Minsk qrupu münaqişənin ədalətlə nizama salınmasına uyğun ola biləcək təkliflər irəli sürsün. İndi heç kimə sirr deyil ki, Azərbaycan ərazisi işğal edilmiş ölkədir. Lakin XXI əsrdə, Azərbaycanın və Ermənistanın MDB, Avropa Şurası kimi beynəlxalq təşkilatların üzvü olduğu, dünya strukturlarına inteqrasiya etdiyi bir dövrdə işğal vəziyyətinin davam etməsi yolverilməzdir. Yəqin bilirsiniz ki, son vaxtlar Minsk qrupunun məsələnin əməli surətdə həllindən özünü, bir növ, kənara çəkməyə çalışması ilə əlaqədar cəmiyyətimizdə müəyyən məyusluq mövcuddur. Elə bil, Minsk qrupu hər iki tərəfə özlərinin razılığa gəlməsini təklif edir ki, sonra tərəflər üçün məqbul olan qərar çıxarsın.

Əlbəttə, iki ölkənin prezidentləri arasında danışıqlar aparılması müsbət amildir. Biz bunu alqışlayırıq və ümidvarıq ki, ikitərəfli görüşlər gələcəkdə də davam etdiriləcəkdir. Lakin Minsk qrupunun, onun həmsədrlərinin fəal iştirakı olmadan məsələni həll etmək çətin olacaqdır. Ona görə ki, bizə məlum olduğu kimi, Ermənistanın mövqeyi beynəlxalq hüquq normalarına qətiyyən məhəl qoymamaqdan, reallığın qanunilikdən üstün olduğunu sübut etməyə can atmaqdan ibarətdir. Bizim mövqeyimiz isə beynəlxalq hüquq normalarına tamamilə əməl olunmasına, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına və bərpa edilməsinə əsaslanır. Biz bu prinsiplərdən kənara çəkilməyəcəyik. Hesab edirik ki, yalnız bu prinsiplərə əməl olunduğu təqdirdə münaqişə öz müsbət həllini tapa bilər.

Ermənistanın guya üstünlüyə malik olduğu barədə təsəvvür yaratmağa çalışması bizi çox narahat edir. Təbii ki, biz bunu qəbul etmirik və etməyəcəyik. Üstünlüklərə gəldikdə, hesab edirəm ki, onlar xəyalidir. Əgər atəşkəs vaxtından bəri ölkələrin inkişafına nəzər salsaq, görərik ki, bu dövr ərzində Azərbaycan iqtisadiyyatda, siyasətdə çox böyük uğurlara nail olmuşdur. Ölkəmiz tərəfdaşları ilə birlikdə iri beynəlxalq, regional layihələr həyata keçirir, Azərbaycan gələcəkdə inkişaf üçün böyük perspektivlərə malikdir. Halbuki, bizim məlumatımıza görə, Ermənistanda elə bir xüsusi iqtisadi nailiyyət yoxdur, ölkə regional layihələrdən kənarda qalmışdır. Əlbəttə, ərazilərimiz işğal edilmişdir, bizdə bir milyondan çox qaçqın-köçkün var. Bu, həm mənəvi, həm də iqtisadi baxımdan olduqca böyük problemdir. Lakin biz onu həll edirik, Ermənistanın təcavüzü nəticəsində qaçqın-köçkün vəziyyətinə düşmüş insanların sosial vəziyyətini yaxşılaşdırmağa çalışırıq.

Ona görə də demək istəyirəm ki, münaqişənin həlli həm Azərbaycan üçün, həm də Ermənistan üçün vacibdir. Hər iki tərəf onun dincliklə həlli üçün səy göstərməlidir. Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq.

Prezidentimiz bunu dəfələrlə nəzərə çarpdırmışdır və bu, üstünlük təşkil edən siyasətdir, ictimai rəy də buna köklənmişdir. Buna baxmayaraq, başa düşdüyünüz kimi, biz Azərbaycan ərazilərinin işğal altında olması ilə razılaşa bilmərik. Ona görə də, belə düşünürəm ki, bu prosesdə sizin rolunuz, Rusiyanın rolu çox vacibdir. Bizim üçün çox xoşdur ki, son illər ölkələrimiz arasında səmimi münasibətlər yaranmışdır. Prezidentlər arasında - Vladimir Putin ilə Heydər Əliyev arasında çox səmimi münasibətlər yaranmışdır. Biz bunu yüksək qiymətləndiririk. Son üç ildə ölkələrimiz bir çox sahələrdə - siyasət sahəsində də, iqtisadiyyat sahəsində də böyük uğurlara nail olmuşlar. Ona görə də bu amil münaqişənin nizama salınması prosesində Rusiyanın daha fəal iştirak edəcəyində də, yəqin ki, mühüm rol oynayacaqdır.

Mən Sizə uğurlar arzulamaq istəyirəm. Başa düşürəm ki, bu, adi bir vəzifə deyildir. Minsk qrupunun fəaliyyətinin bir nəticə verəcəyinə böyük ümidlər bəslənilir. Sizə və özümüzə arzu etmək istəyirəm ki, biz nizamasalma prosesində problemin həllinə nail ola bilək.

YURİ MERZLYAKOV səmimi qəbula görə təşəkkür edərək dedi:

-İlham Heydəroviç, arzularınıza görə çox sağ olun. Mən də, öz tərəfimdən, Sizi Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik etmək istəyirəm. Prezident Heydər Əliyeviçin tezliklə sağalmasını da arzu etmək istəyirəm. Yadımdadır, mən dörd il əvvəl İqor Sergeyeviçin nümayəndə heyətinin tərkibində Bakıda olarkən o, gözəl əhval-ruhiyyədə idi. Biz hamımız şad idik ki, Heydər Əliyeviç cərrahiyyə əməliyyatından sonra özünü yaxşı hiss edir. Onun iradəsinin gücünə heyran idik.

İLHAM ƏLİYEV: Sağ olun.

YURİ MERZLYAKOV: Mən Xəzərin statusu məsələsi ilə uzun müddət məşğul olmuşam, biz Sizinlə Kembricdə, Vaşinqtonda, İstanbulda və Hyustonda konfranslarda görüşmüşük. Çıxışlarınızı xatırlayıram, onlar çox ölçülüb-biçilmiş çıxışlar idi.

O vaxt Rusiya-Azərbaycan münasibətlərinin inkişafı barədə auditoriya tərəfindən suallar, hətta fitnəkar xarakterli suallar verilirdi. Siz bu vəziyyətlərdən layiqincə çıxırdınız. Məni ruhlandıran budur ki, Xəzərlə bağlı ilk vaxtlar mövqelərimizdə fərq olmasına baxmayaraq, heç kimin mənafelərinə xələl gətirməyən bir variant tapmaq mümkün oldu. Heç kim öz prinsipial mövqelərindən geri çəkilmədi və indi onları daha heç kəs xatırlamır. Başlıcası, məsələnin həllidir. İnanıram ki, indi mənə tapşırılan məsələdə də məhz belə olacaqdır.

Mənim səfərim sırf tanışlıq xarakteri daşıyır. Bu məsələnin tarixini dərindən bilməyimlə öyünə bilmərəm, üstəlik, təcrübədən bilirəm ki, bir neçə dəfə gəlib-getməkdənsə, müasir vəziyyətdən başlamaq, sonra isə tarixi öyrənmək daha yaxşıdır. Zənnimcə, bu səfər mənə çox şeyi öyrənməyə imkan verəcəkdir. Bu gün mən parlamentin sədri, xarici işlər nazirinin müavini ilə görüşdüm. Bilirəm ki, tezliklə Moskvada Mironovla, öz tərəfdaşlarımla və qonşularınızla, Ermənistan parlamentinin sədri ilə görüşəcəyəm. Bu, problemin həllinə kiçik bir töhfə verməyə kömək edəcəkdir. Görünür, bir neçə gündən sonra Ermənistanda da görüşlər olacaqdır. Bundan sonra həmkarlarıma, daha təcrübəli həmsədrlərə burada görüşlərimin necə keçdiyi barədə məlumat vermək istərdim. Çalışacağam ki, bu məlumat obyektiv olsun. Düşünürəm ki, ölkənizdə prezident seçkilərindən sonra buraya gəlməyimiz məsələsi qarşıya çıxacaqdır. Məncə, bu səfər təxminən noyabr-dekabr aylarında faydalı olacaqdır. Həmkarlarım mənə dedilər ki, hansısa yeni ideyalar var. Sentyabrın 15-də Vyanada onlarla görüşdə yəqin ki, məni bu ideyalarla tanış edəcəklər. Bundan sonra hər iki tərəfə bir şey təklif edə biləcəyik.

Perspektiv təxminən belədir. Sentyabrın 30-da üçlükdə biz vəziyyət barədə ATƏT-in indiki sədrinə məlumat verəcəyik. Odur ki, Azərbaycanda prezident seçkilərindən sonra həmsədrlər Sizinlə görüşməyə hazır olacaqlar. Əgər görüşlərin vaxtı barədə Sizin hər hansı təklifləriniz varsa, mən onları həmkarlarıma çatdırmağa hazıram.

Baş nazir İLHAM ƏLİYEV müfəssəl məlumata görə qonağa təşəkkür edərək dedi:

-Təbrikə görə, habelə Prezidentə sağlamlıq diləyinə görə sizə təşəkkür etmək istəyirəm. Mən sizin xatirələrinizi dinlədim, doğrudan da, 1999-cu ildə cərrahiyyə əməliyyatından dərhal sonra o, işə fəal girişdi. Təbii ki, ruh yüksəkliyi də, iradəsi də, orqanizmi də ona bütün işlərlə fəal məşğul olmağa imkan verirdi və indi də imkan verir. İndi onun səhhəti normaldır, tibbi müalicə çox yaxşı nəticələr verir, sağalma prosesi gedir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinin ABŞ-a gedə bilməsi üçün xüsusi təyyarə verdiyinə görə Rusiya rəhbərliyinə, Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istərdim. Mən çox minnətdaram. Görünür, burada hansısa bir rəmzi məna var - Azərbaycan Prezidenti Türkiyədən Amerikaya Rusiya təyyarəsində getmişdir. Bunu təsadüf kimi də qəbul etmək olar, lakin mən burada daha böyük məna görürəm. Bu, onu göstərir ki, siyasətimiz, dostlarla, tərəfdaşlarla, - Rusiya isə bizim üçün strateji tərəfdaşdır, - qarşılıqlı münasibətlərimiz nəticəsində çox mehriban qonşuluq münasibətlərinə nail olmuşuq. Biz həmişə bütün ölkələrlə əməkdaşlıq etməyə çalışırıq. İstəyirik ki, Azərbaycan rəqabət yeri deyil, məhz əməkdaşlıq yeri olsun. Ona görə də bu xahişi Sizin vasitənizlə çatdırmaq istəyirəm.

O ki qaldı əməli fəaliyyətə, əlbəttə, ilk vaxtlar bütün məsələləri öyrənmək lazım gələcəkdir. Çox yaxşıdır ki, siz buraya gəldiniz, mövqeyimizi öyrəndiniz. Əlbəttə, bu görüşün, Ermənistanda keçirəcəyiniz görüşlərinizin nəticələri əsasında sizdə bu münaqişənin nədən ibarət olduğu barədə təsəvvür yaranacaqdır. Amma belə düşünürəm ki, keçmiş vəziyyətləri nəzərə almadan, düzgün bir qərar tapmaq çətin olacaqdır. Biz bəzən Ermənistan tərəfindən belə təkliflər eşidirik ki, gəlin, iqtisadi əməkdaşlıq edək, münaqişə isə bir tərəfdə qalsın. Biz buna getməyəcəyik. İşğal olunmuş ərazilər azad edlməyincə, Ermənistanla iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz.

Şəxsən mən hər hansı qeyri-formal əlaqələri də alqışlamıram. Əlbəttə, hökumət qeyri-hökumət təşkilatlarının fəaliyyətinə təsir göstərə bilməz, xüsusən də ona görə ki, onları bəzən xaricdən maliyyələşdirirlər. Amma şəxsən mən bu fikirdəyəm ki, münaqişə həll olunmayınca, ərazilərimiz azad edilməyincə vətəndaşlarımız hər hansı şəkildə əlaqə saxlaya bilməz və saxlamamalıdır, mədəni xarakterli hər hansı məsələləri, mətbuatla bağlı məsələləri, xüsusən də, iqtisadi xarakterli məsələləri müzakirə edə bilməz və etməməlidirlər. Mən bunun əleyhinəyəm. İlk öncə, problemi həll etmək lazımdır, bundan sonra isə digər sahələrdə əməkdaşlıq etmək də olar.

X X X

Qəbulda xarici işlər nazirinin müavini Araz Əzimov iştirak edirdi.

***

GÜRCÜSTAN VƏ AZƏRBAYCAN QARDAŞ ÖLKƏLƏRDİR AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV GÜRCÜSTAN MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİNİ QƏBUL ETMİŞDİR


Sentyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Tedo Caparidzeni və onu müşayiət edən şəxsləri qəbul etmişdir. İlham Əliyev qonaqları səmimiyyətlə salamlayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə xoş arzularını çatdırmağı xahiş etdi, Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə daim maraqlandığına və diqqət yetirdiyinə görə, Gürcüstan dövlətinin başçısına minnətdarlığını bildirmişdir. Baş nazir məmnunluqla vurğuladı ki, iki dövlətin başçılarının müdrik və düşünülmüş siyasəti sayəsində indi Azərbaycan ilə Gürcüstan arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. Neft və qaz layihələrinin həyata keçirilməsi hər iki ölkənin tərəqqisinə kömək edəcəkdir. Tedo Caparidze səmimi qəbula görə baş nazirə minnətdarlığını bildirərək dedi ki, ikitərəfli əlaqələrin bügünkü yüksək səviyyəsi Gürcüstan və Azərbaycan prezidentlərinin dostluğuna və qardaşlığına əsaslanır. O, əmin olduğunu vurğuladı ki, İlham Əliyevin hökumət başçısı vəzifəsində fəaliyyəti iki dövlət arasında münasibətlərin daha da inkişafına kömək edəcəkdir. Qonaq Gürcüstan rəhbərliyi və xalqı adından Azərbaycan Prezidentinə tezliklə sağalmağı və Vətənə qayıtmağı arzuladı. Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı. Qəbulda Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Giorgi Çanturiya, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub

“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

“Beril” qasırğası Karib hövzəsinə çatıb

® ABB “AKA Bank”la müqavilə imzalayıb

Kənd təsərrüfatı naziri Xaçmazda taxıl biçini prosesini izləyib

Filippinin 2025-ci il üçün büdcəsi 10 faizdən çox artıb

Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib

İtaliya Azərbaycandan yaşıl enerjinin idxalına maraq göstərir

“Oil & Gas Journal” Bakıda “Avro-5” standartlarına uyğun benzin və dizel yanacağının istehsalı kompleksinin istismara verilməsindən yazıb

İyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində ildırım çaxması və dolu yağmasının başvermə intensivliyi artıb, əhatə dairəsi genişlənib - AÇIQLAMA

Avropa Komissiyası hesab edir ki, “Meta” rəqəmsal bazarlar haqqında qanunu pozur

E.R.Bəşirovun Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

R.K.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Astarada banan, manqo, avakado yetişdiriləcək - tropik meyvə idxalından asılılıq minimuma enəcək – EKSKLÜZİV FOTO VİDEO

BDU ilə Türkiyənin Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir

Kuba dərinləşən böhran fonunda yeni “müharibə dövrü iqtisadiyyatı” tədbirlərini elan edir

Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər

Qərb Ukrayna üçün silah alınmasına 675 milyon dollar ayıracaq

Gürcüstanda Gəncə qapılarının bir hissəsinin saxlanıldığı məbəd kompleksi turistlər üçün bağlanıb

Vaqif Abdullayev: Azərbaycan-İsrail müttəfiqliyi xalqlarımızın möhkəm dostluğuna əsaslanır

Politico: Şolts nasizm qurbanı olan polşalılara təzminat vəd edir

Astana Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə hazırlaşır

Milli Depozit Mərkəzi depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırıb

Mərkəzi Bank: Bugünkü hərracda tələb 73,7 milyon dollar təşkil edib

Fərid Qayıbov: İşçi qrup MDB Oyunlarının yüksək səviyyədə təşkili üçün fəaliyyətə başlayıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Subregional Ofisinin rəhbəri: Azərbaycan nümunəvi ölkə statusundadır

İsveçrə Milli Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

Belarusda ikinci Atom Elektrik Stansiyasının tikilməsi planlaşdırılır

Milix Yevdayev: Azərbaycan din və dövlətin harmoniyasını yaradan nadir ölkələrdəndir

“Azəriqaz”ın rəhbərliyi Masallıda vətəndaşlarla görüşəcək

® ADORE və “Sabina” mağazalarında 50 faizədək yay endirimləri başladı!

“Maarifçi” təcrübə proqramını uğurla bitirənlərin 7-si BDU-nun tələbə və məzunudur

“Əl Ayn” nəşri COP29 haqqında geniş məqalə dərc edib

Cari ilin ilk 6 ayında Azərbaycana giriş etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb - EKSKLÜZİV

Fransada 185 namizəd seçki yarışından çıxıb

Azərbaycan polisinin xidməti dövlətə və xalqa sədaqətin nümunəsidir VİDEO

“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib

Moskva Dövlət Universitetinin Bakı filialı 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsinə qəbul elan edir

Akademik: Yəhudilər Azərbaycanın tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirirlər

Azərbaycan çempionu kapitanı ilə müqaviləni yeniləyib

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib

MİQ-də yüksək bal toplayan müəllim: İkinci dəfədir imtahan verirəm

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başlayıb

Füzuli və Xocavənd rayonlarına mediatur başlayıb

“Qarabağ” Yunanıstan millisinin qapıçısına təklif göndərib

Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu

Agentlik məktəb direktoru və direktor müavini kimi çalışmaq istəyənlərə xəbərdarlıq etdi

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Venesuela ABŞ hökuməti ilə dialoqun bərpa olunduğunu elan edib

Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb VİDEO

DSMF: Yanvar-iyun aylarında xüsusi şərtlərlə pensiya alanların sayı 144 mindən çox olub