Azərbaycanın kişi şahmatçıları Avropa çempionatında növbəti qələbəyə imza atıblar
Bakı, 25 oktyabr, AZƏRTAC
Kişi şahmatçılardan ibarət millimiz Batumidə komandalararası Avropa çempionatının ikinci turunu uğurla başa vurub.
AZƏRTAC xəbər verir ki, yığmamız Fransa komandasına 2:5:1,5 hesabla qalib gəlib.
Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Qədir Hüseynov isə Tiqran Qaramyanla heç-heçə ediblər. Rauf Məmmədov Mark Maurizini məğlub edərək komandamızın aktivinə 1 xal yazdırıb. Onun bu qələbəsi komandamızın Fransa yığması üzərində üstünlüyünü təmin edib.
Kişi şahmatçılarımız birinci turda Serbiya yığmasına 3,5:0,5 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [23:05]
"Tvente" - “Qarabağ” oyununda ikinci hissə başlayıb YENİLƏNİB
- 20.08.2026 [21:02]
"Tvente" və “Qarabağ”ın start heyətləri açıqlanıb
- 20.08.2026 [21:00]
Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında
- 20.08.2026 [18:13]
Azərbaycan voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
- 20.08.2026 [17:50]
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib
- 20.08.2026 [17:22]